reklam
Regionxeberlericom.az » Cəmiyyət » Onlayn şirkətə pul ödədi, geri ala bilmir - Video

reklam

Onlayn şirkətə pul ödədi, geri ala bilmir - Video

















Onlayn alış-veriş firmalarından birinə işə düzəlmək istəyən Şəmkir rayon sakini problemlə qarşılaşıb.

RegionXəbərləricom.az Xezerxeber.az-a istinadla xəbər verir ki, Şəmkir rayon sakini olan Tahirə Bayramova sosial şəbəkələr vasitəsi ilə qarşısına çıxan saytlardan biri ilə iş birliyinə başlayıb.

Saytın qaydalarına əsasən, öncə pul qoyaraq onlayn məhsullar sifariş verilir, daha sonra isə hər satışa görə onlara müəyyən bonuslar qaytarılırmış. Saytın əməkdaşları ilə əlaqəni isə vatsap üzərindən qururmuş.

Yığılan bonuslarını almaq istəsə də bu zaman sayt əməkdaşları tərəfindən ona pulu verilmək əvəzinə, yenidən satış etməsi tələb olunur. Əks təqdirdə cərimələnəcəyi bildirilib.

Tahirə Bayramovanın sözlərinə görə, başına gələnlərlə bağlı dəfələrlə şirkət əməkdaşları ilə əlaqə saxlayaraq pulunun qaytarılmasını tələb edib, amma nəticəsi olmayıb.

Qadının sözlərinə görə, ödədiyi pulların hamısının qəbzi qalıb. Hətta aralarında olan danışıqları da özündə saxlayıb.

Məsələ ilə bağlı həmin şirkətlə əlaqə yaratmaq istəsək də, cəhdləri isə baş tutmayıb. Çünki xarici nömrə ilə vatsapdan qeydiyyatdan keçən şirkətin heç bir aktiv yerli nömrəsi yoxdur.

Ətraflı videomaterialı təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
26-04-2023, 08:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər