Minaya düşən sürücünün ayağı amputasiya olunub

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı son məlumatı açıqlayıb.
ANAMA-dan verilən məlumatda bildirilib ki, aprelin 26-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
“Piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ ayağı topuqdan yuxarı nahiyədən travmatik amputasiya edilib, vəziyyəti stabil qiymətləndirilir”, - rəsmi məlumatda bildirilib.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi davam etməkdədir. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərdə diqqətli olmağa çağırır.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-04-2023, 14:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…