Xəstəxanadakı yanğınla bağlı son məlumat açıqlandı - Yenilənib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə xəstəxanada baş verən yanğınla bağlı məlumat yayıb.
TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir.
“Artıq 58 nəfər təxliyə edilib. Vəziyyət nəzarət altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək”, - rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, bu gün TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) aprelin 26-da saat 09:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində müalicə alan 8 pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 10 pasiyent Abbas Səhhət adına xəstəxananın Yoluxucu şöbəsinə, 18 pasiyent Gəncə Perinatal Mərkəzinə, 1 pasiyent Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.
Eyni zamanda, tibb müəssisəsinin 3 əməkdaşı hadisə zamanı xəsarət alıb. Onlardan 2-si Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 1-i isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri stabildir.
Qeyd edək ki, hazırda Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Məlumat üçün bildirək ki, xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədovanın ölüm səbəbi ilə bağlı tibbi ekspertiza təyin olunub. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-04-2023, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər