Gənc qızlar əllə toxuculuq bacarıqlarına yiyələniblər
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsinin qalibi olan Kənd yaşıl turizminin inkişafına dəstək ictimai birliyi “Gənc qızlar arasında əl sənətkarlığının inkişafına yönəldilmiş təşəbbüslər” layihəsini həyata keçirmişdir. Layihə icrası çərçivəsində Qax və Zaqatala rayonlarında bu ilin mart və aprel aylarında iştirakçılara əllə toxuculuq bacarıqları öyrədilmişdir.
Qaxda və Zaqatalada təlimlərə əl sənətkarlığına həvəsi olan ali və orta təhsil ocaqlarının, peşə liseylərinin tələbələri, habelə evdar xanımlar, ümumən 40-dək iştirakçı cəlb olunmuşlar. Təlimləri bu işdə böyük təcrübəyə malik yerli mütəxəssislər keçirmişlər. Təlimlər zamanı gənc qızlara əllə toxuma, qotazların hazırlanması, parça üzərində naxışların vurulması işləri öyrədilmişdir. Təlimlərin uğurla yerinə yetirilməsi üçün iştirakçılara bu məqsədlə saplar, millər, qarmaqlar, iynələr, parça, qayçılar və digər ləvazimat paylanmışdır. Sonda təlimdə iştirak etmiş gənc xanımlar öz bacarıqlarının nəticələrini sərgiləmişlər. Layihənin həyata keçirilməsində Qax və Zaqatala Gənclərin İnkişaf və karyera mərkəzlərinin dəstəyi olmuşdur.
«Kənd yaşıl turizminin inkişafına dəstək» İB sədri
Qəhrəman Yusupov
Paylaş:
Müəllif : Yazar
Tarix:26-04-2023, 21:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər