reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 28 aprel

reklam

Bürclər- 28 aprel












Qoç

Bu gün ən böyük kədəriniz sevdiklərinizin xəyallarınızı və sizi anlamaması düşüncəsi ola bilər. Məqsədləriniz başqalarına, hətta ailənizə və  yaxın dostlarınıza da anlaşılmaz görünə bilər. Onların heç biri buna necə nail ola biləcəyinizi başa düşmürlər. Ehtiras və ya ambisiyanızı dəstəkləməsələr, özünüzdən şübhələnməyə səbəb olan mübahisələr yarana bilər. Bu mübahisələri  böyütmək istəyi yaransa belə, buna məhəl qoymamaq üçün əlinizdən gələni edin. Səsinizi yüksəltmək və ya mübahisələri davaya çevirmək  sizin xeyrinizə olmayacaq.

Nə etdiyinizi başa düşməsələr də olar. Onlaırn əsas istəyi sizin xoşbəxtliyinizdir.

Buğa

Səlahiyyətli şəxsin tənqidi içinizdə inamsızlığa səbəb ola bilər. Üzərinizdə səlahiyyət sahibi olan biri, məsələn, valideyn və ya müəllim, konstruktiv tənqid etməklə sizə kömək etdiklərini düşünə bilərlər, lakin bu, sizə mühakiməedici görünə bilər. Onlar yəqin ki, sözlərinin sizə təsir edəcəyini dərk etmirlər. Və siz eşitmək çətin olan şeylər deyirlər. Qüsurlarınızı mikroskop altında araşdırmağa başlamazdan əvvəl onlara sakitcə sizi necə hiss etdirdiklərini bildirmək daha ağıılı fikirdir.

Onların xoş niyyəti və sizin hissləriniz, şübhəsiz ki, hörmətə layiqdir. Yenə də xatırlamaqda fayda var ki, hətta ən çox güvəndiyiniz insanların belə səhv düşüncələri ola bilər.

Əkizlər

Bir mentor öyrənməkdə çətinlik çəkdiyiniz bəzi yeni şeylərdə sizə kömək edə bilər. Bu unikal konsepsiyanı müəllim və ya həyatınızda bələdçi olaraq gördüyünüz kimsə öyrədə bilər. Öyrətdikləri fikirlər dünyagörüşünüzə uyğun olmayan fikirlər kimi görünə bilər.

Və yaxud sizə anlamaqda çətinlik çəkdiyiniz mürəkkəb məlumatları öyrətməyə çalışa bilərlər. Qəzəblənmək və öyrənməkdən tamamilə imtina etmək əvəzinə, fasiləyə ehtiyacınız olduğunu başa düşün, uzaqlaşın. Hər şey üçün kifayət qədər qabiliyyətiniz var. Sadəcə öyrətmək istədiklərini həzm etmək üçün bir az vaxt lazımdır. Sizin üçün doğru tempdə addımlamağa davam edin.

Xərçəng

Öz daxili monoloqunuz bu gün sizi çox incidə bilər.

Beyninizin içindəki tənqidi səs narahatlığa və ya günahkarlıq hissinə səbəb ola bilər. Bu səbəbdən də siz səhv etdiyinizi düşünə bilərsiniz və onu dəyişdirməyə çalışmaqla zamanınızı hədər etmiş olarsınız.

Özünüz üçün müəyyən etdiyiniz bir standarta çatmasanız, özünüzü danlayacaqsınız.

Ancaq səhv etdiyiniz işə zaman ayırmaq və ya özünüzü danlamaq daha çox səhvlərə səbəb ola bilər. Siz bir qədər fasilə lazımdır. Dəstəyə də  ehtiyacınız var. Sizə mehriban davranacaq bir dostun köməyinə ehtiyacınız var, onu dinləyin.

Şir

Kimsə hər an size qorxuda bilər. Bir dostunuzun xoşbəxtliyindən narahat ola bilərsiniz.

Və ya hisslərinizi gücləndirə biləcək bir zarafatla qarşılaşa bilərsiniz.

Həddən artıq reaksiya verdiyinizi hiss etdiyiniz yerdə mübahisə yarana bilər. Siz dostlarınızın sərhədi keçdiyini hiss edirsiniz.

Münaqişə bu anda qıcıqlandırıcı görünə bilər.

Lakin necə reaksiya verəcəyinizə dair qərar qəbul etməzdən əvvəl sakitləşməyə çalışın.

Bu hadisənin izdihamlı mühitdə baş verməsi və insanların reaksiyası da vəziyyəti çətinləşdirə bilər. Bunu daha sakit əhval-ruhiyyədə və tənha bir mühitdə həll etməyə çalışmaq yaxşı olardı.

Qız

Dost qrupunuzdakı bəzi gizli düşmənlər bu gün özlərini üzə çıxara bilərlər. Karyeranızda irəliləyiş əldə edə bilərsiniz və ya arzuladığınız uğura nail ola bilərsiniz.

Onları indiyə qədər tanımırdın, amma indi onlar özlərinin əsl mahiyyətini üzə çıxararaq, özlərini daha yaxşı hiss etmək üçün sənin uğurlarını aşağılamağa və ya alçaltmağa çalışırlar.

Enerjinizi aşağı salmağa çalışan  insanlara önəm verməyin.

Əksinə ətrafınızı yenidən qiymətləndirməyi düşünün.

Tək qalmaq ehtimalı ilk baxışda qorxulu görünə bilər.

Lakin unutmayın ki, özünüzü maskalı insanlardan qorumağa çalışmaq daha çətindir.

Tərəzi

Bu dövrdə əyləncə tez bir zamanda drama çevrilə bilər. Sözlərinizlə çox diqqətli olun.

Çünki qarşı tərəfi bir zarafatla incitdiyinizi başa düşmək çətin ola bilər. Eyni zamanda kimsə sizi həddən artıq tənqid edə bilər. Və ya siz hər şeyi çox ciddi qəbul edirsiniz. Bu vəziyyətdə necə davranacağını bilmək çətindir. Vəziyyət daha çox şəxsi həssaslıqlarla bağlıdırsa, doğru ilə yanlışı qarışdıra bilərsiniz.

Qarşılıqlı üzr istəmək və ünsiyyət istəyi əla nəticə verə bilər. Aranızdakı bağ belə asanlıqla qırılmamalıdır.

Əqrəb

Duyğularınız həmişəkindən daha həssas ola bilər. Sevdiyiniz biri onun davranışına reaksiyanızı başa düşməyə bilər. Hisslərinizin qarşılıqlı olmadığını düşünərək məyus ola bilərsiniz.

Vəziyyət sizə qara və ya ağ kimi aydın görünsə də, hər kəsin fərqli əxlaqi dəyərlərə və emosional bağlılığa malik olduğunu xatırlayaraq empatiya yaratmağa çalışın. Ürəyinizi açıb bir-birinizin təcrübələrindən öyrənməyə başlayanda, həm münasibətləriniz, həm də mənəvi dünyanız zənginləşə bilər. Yetər ki, xırda şeyləri ünsiyyətinizə zərər verəcək səviyyəyə çatdırmayın.

Oxatan

Bəzi narahatlıqlarınızı ifadə etmək başqaları tərəfindən tənqid kimi qəbul edilə bilər. Qarışıqlıq çox problemli hala gəlməmişdən əvvəl mənbəni tapmağa və düzəltməyə çalışa bilərsiniz.

Onların etdiklərini bəyənməsəniz və ya daha yaxşı bir iş görə biləcəyinizə inansanız belə, təkəbbürlü olmayın.

Əgər kimsə xüsusi olaraq məsləhətinizi istəmirsə, heç kimə məsləhət verməyin.

Unutmayın ki, insanlar niyyətlərinizdən əvvəl hərəkətlərinizə və sözlərinizə  diqqət edir.

Və sizi buna görə qiymətləndirir.

Oğlaq

Anlaşmazlıq sevdiyiniz insanla münasibətinizi poza bilər. Yaxın dostunuzla razılaşdığınızı düşündüyünüz bir şeylə razılaşmaya bilərsiniz.

İstədiyiniz şəkildə sizinlə yola getməsələr belə obyekti olun. Bu sizdə onlar haqqında fərqli hisslər yarada bilər.

Onların fikri sizi incitməsin və onlara qarşı çıxmaq üçün səbəb axtarmayın.

İşlərin tam olaraq istədiyiniz kimi olması üçün israrlı olmayın.

Bu zaman hər şeyin yaxşı getdiyini görüb təəccüblənə bilərsiniz.

Dolça

Vərdişlərinizdən biri özünüzə inamınızı zədələyə bilər. Hətta faydalı vərdişlər bəzən sizi ifrata apara bilər. Bunun fərqində olun. Özünüzü lazım olduğundan çox sıxdığınız mövzularda bir rahat olmağa çalışın.

Dincəlməyi düşünə bilərsiniz.

Unutmayın ki,  kiçik azadlıqlar sizi tamamilə qeyri-sağlam bir fərd etməz. Amma onlar sizi sevindirə bilər. Özünüz üçün bir neçə addım geri çəkilin.

Kiçik bir tətil və ya fasilədən sonra, qaldığınız yerdən daha səmərəli şəkildə irəliləməyə başlaya bilərsiniz.

Balıq

Günahkarlıq  hissi bu gün əylənməyinizə mane ola bilər. Əgər buna layiq olmadığınızı düşünürsünüzsə, fürsətdən imtina edə bilərsiniz. Çox təvazökar olmaq sizdən çox şey ala bilər. Qazandığınız hər hansı üstünlükləri və ya mükafatları qəbul etməyin heç bir qəbahəti yoxdur.

İstər təhlükəsiz olmaq, istərsə də nəzakətli olmaq üçün onları instinktiv olaraq edirsiniz. Əgər layiq olduğunuzu qəbul etmirsinizsə, nəyə can atırsınız? Çox güman ki, özünüzü lazımınca qiymətləndirmirsiniz.

Bu keçmişdə razılığını qazanmaq istədiyiniz, lakin bunu sizə verməyən insanların davranışları ilə bağlı ola bilər.




Paylaş:


Müəllif : Tarix:
27-04-2023, 23:56
Sikayət   


loading...
Загрузка...