Polis vətəndaşlara məxsus obyektlərə kamera quraşdırır? - DİN-dən açıqlama
Sosial şəbəkələrdə bir sıra istifadəçilər polis tərəfindən vətəndaşlara məxsus obyektlərdə videomüşahidə vasitələrinin quraşdırılması ilə bağlı iddialar səsləndirib.
İddialara cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, vətəndaşlara məxsus obyektlərdə DİN tərəfindən videokameralar quraşdırılmır:
“Bu cür işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər tərəfindən və onların şəxsi vəsaitləri hesabına həyata keçirilməlidir.
Bugünədək dövlət tərəfindən parklarda, meydanlarda, küçələrdə, prospektlərdə, nəqliyyat infrastrukturlarında və əhalinin sıx toplaşdığı digər yerlərdə minlərlə kamera quraşdırılıb.
Həmin vasitələr uzun illərdir ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında, köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxslərə yardım göstərilməsinin təmin edilməsində uğurla istifadə olunur.
Hazırda vətəndaşlarımızın özlərinə məxsus obyektlərdə quraşdırdıqları videomüşahidə vasitələrinin sayı 200 mindən çoxdur və həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə qoşulmur. Lakin obyektlərdə olan kameraların görüntüləri cinayətlərin qarşısının alınmasında və açılmasında əvəzsiz rolunu, eləcə də əhəmiyyətini hər zaman göstərir.
Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan obyektlərində videomüşahidə kameralarının tətbiqini davam etdirmələri xahiş olunur”.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-04-2023, 14:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər