Azərbaycanda daha bir siyasi partiya ləğv olundu
Azərbaycan Tərəqqi Partiyası fəaliyyətinə xitam verdiyini açıqlayıb.
Bu barədə məlumat partiyanın sədr əvəzi Vilayət Həsənovun imzası ilə yayılan bəyanatda yer alıb.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Tərəqqi Partiyası 2 fevral 1999-cu il tarixində sabiq deputatı Çingiz Sadıxovun (Dəmiroğlu) rəhbərliyi ilə təsis edilib və 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, son günlərdə Vahid Azərbaycan Milli Birlik, Aydınlar Partiyası, Azərbaycan Liberal Demokrat, Müstəqil Xalq, Azərbaycan Milli Demokrat, Yeni Yol partiyaları da fəaliyyətlərini dayandırıb.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu qəbul edib və Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib. Yeni qanuna görə siyasi partiyaların 5 min üzvü olmalıdır.
Xatırladaq ki, bu günə kimi Azərbaycanda ümumilikdə 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:
– Azərbaycan Demokratik Sahibkarlar Partiyası
– Milli Qurtuluş Partiyası
– Azərbaycan Xalq Demokratik Partiyası
– Azərbaycan Milli Hərəkat Partiyası
– Azərbaycan Kəndli Partiyası
– Azərbaycan Yurddaş Partiyası
Bunlardan başqa bu günə kimi 2 siyasi partiyanın – Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-04-2023, 20:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər