reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Balaca arvad”ın dili özündən uzundur, utanmaq yox, qızarmaq yox!” - Yazıçıdan sərt qınaq

reklam

“Balaca arvad”ın dili özündən uzundur, utanmaq yox, qızarmaq yox!” - Yazıçıdan sərt qınaq















Ötən həftədən bəri ölkə gündəmini çalxalayan 16 yaşlı qızın 47 yaşlı evli kişi ilə qeyri-rəsmi nikah əsasında yaşaması və 6 aylıq hamilə olması məsələsi geniş müzakirələrə səbəb olub. 

“Səni axtarıram” proqramına Yekaterinburqdan telefonla canlı bağlantı edən 16 yaşlı Aysu və həyat yoldaşı Şirzad studiyadakı ekspertlər və aparıcı Xoşqədəm Hidayətqızı tərəfindən sərt şəkildə qınanılıb. Ekspertlər 16 yaşlı qızın bu addımını tənqid atəşinə tutub, yeniyetmənin bu yaşda təhsil almalı olduğunu bildiriblər. 

Sosial şəbəkə istifadəçiləri isə bu cür hadisələrin efirdə işıqlandırılmasının yanlış olduğunu, bunun digər yeniyetmələrə pis örnək olduğunu iddia ediblər.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı-publisist Xeyrəddin Qoca sözügedən hadisəni efirdən təəssüf hissi ilə izlədiyini bildirib:

“Mən uzun illərdir yazıram, deyirəm ki, hər adama "kişi" deməyin! Xalqımızın içərisində "kişi" adına layiq insanlar olsa da, əsl kişini axtarıb tapmaq çətin məsələdir! Bu, təhqir filan deyil, təəccüb və təəssüf hissidir... 

Təsadüfən o verilişə mən də baxdım. Əslində sosial verilişlərə nadir hallarda baxıram, çox vaxt da baxmamağa çalışıram. Ona görə ki, orada iştirak edən "bədbəxtlərin" heç birində alicənablıq, abır-həya görmürəm və biz "milyonlar" dediklərinin əvəzinə, xəcalət çəkirik! Hərəkətlərin, danışıqların, ekranda özlərini aparmağın, evlənməklərin, ayrılıqların da bir "mədəniyyəti” olmalıdır. Bizimkilərin səs-küyü, qara-qışqırıqları və s. küçədəkilərdən seçilmir! Həmin verilişlərə "milyonlar" da baxmasa, xarici ölkələrdə də baxan ola bilər. Ayıb olmurmu? Kişinin kişi, qadının qadın şəxsiyyəti olmalıdır! Biz axı, başqa ölkələrin də belə verilişlərinə baxırıq... 

Deyiləsi söz çoxdur, lakin bütün dünya dəyişsə, biz dəyişə bilmirik!”

Onun sözlərinə görə, bu “evlilik” yaramazlıqdır və cütlük tezliklə ayrılacaq:

“47 yaşlı kişinin evdə 16 yaşında qızını, həyat yoldaşını atıb 16 yaşlı qızla evlənməsi yaramazlıqdan başqa bir şey deyildir! Amma "balaca arvad"ın danışığından belə başa düşmək olur ki, heç kim onları qınamamalıdır! Az qala, o "balaca arvad" demək istəyirdi ki, "burada nə var ki? Keçmişdə kişilərimiz 9-10 yaşında qızlarla evlənirdilər!" Elə keçmişdəkilər də Şirzad kimi "kişilər" olublar! Bəs niyə deyirəm ki, 100 illər keçsə də dəyişmirik?!

Yaramazlıqlarını bildikləri üçün də gedib Yekatrinburqda yaşayırlar. Ayrılacaq günləri də uzaqda deyil! Çünki, ağsaqqalların, ağbirçəklərin xeyir-duasını almayıblar! Sadəcə insanlardan "lənət" ala-ala "ömür-gün" keçirirlər... Danışıqlarından hiss edilir ki, "ər-arvadın" uzun dilləri də var. Hamıya "cavab verməyə" qadirdirlər. Utanmaq yox, qızarmaq yox!...”






Paylaş:


Müəllif : Tarix:
1-05-2023, 14:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər