reklam
Regionxeberlericom.az » Cəmiyyət » Zodda iş dayanıb - “Geopromining” şirkətinin qərarı nə olacaq?

reklam

Zodda iş dayanıb - “Geopromining” şirkətinin qərarı nə olacaq?















Aprelin 15-dən bəri Zod mədənində iş dayandırılıb və işçilər təxliyə edilib.

RegionXəbərləricom.az yenisabah.az-a istinadla xəbər verir ki, mədənin Ermənistan ərazisinə düşən hissəsində fəaliyyət göstərən “Geopromining” şirkətinin nümayəndəsi Zodun 800-ə yaxın işçisinin aqibətinin necə olacağı barəsində şərh verməkdən imtina edib.

İşçilərə artıq şaxtanın bağlandığı bildirilib. “Geopromining” şirkətinin rəhbərliyi isə mayın ortalarına kimi məzuniyyətdədir.

İşçiləri mədənə gətirmək və işi bərpa etmək üçün 8 dəfə cəhd edilib, lakin atışmalara görə bütün cəhdlər baş tutmayıb. Rusiya şirkətinin rəhbərliyi ilə azərbaycanlılar arasında müharibədən sonra başlayan danışıqlar da dayandırılıb. Azərbaycanlıların tələbi isə sərhədin demarkasiyası və delimitasiyasından asılıdır və sərhəd birbaşa Zod mədənindən keçir.

Xatırladaq ki, 44 günlük müharibədən sonra Ermənistandakı ən böyük mədənin ərazisi iki yerə bölünüb. Mədənin 70%-i Azərbaycanın nəzarəti altındadır.




Paylaş:


Müəllif : Tarix:
3-05-2023, 11:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər