Ailənin başını buraxıb... vətənin daşına çevrilmək... - YOLAYRICI...
Orta əsrlərdə sülalə dövlətlərində kralların, şahların, imperatorların öz ailə üzvlərini açıq və gizli yollarla aradan götürməsi, bir növ, dəb idi. Hətta Roma imperatorlarından biri öz qayınanasını belə qaynar qazana soxdurub bişirtdirmişdi.
Min cürə səbəbin başında gələn səbəb bu idi: kimliyindən asılı olmayaraq sülalə dövlətində dövlətin taleyinə məsul şəxs üçün dövlət mənəviyyatı ailə mənəviyyatından üstün olmalıydı. Əgər dövlət üçün ailə təhlükə yaradırdısa, dövlətin başında duran şəxs heç bir doğmalıq hissinə qapılmadan bütün ailəni, yaxud ailə üzvlərini yox etməliydi. Bunu dövlət mənəviyyatı tələb edirdi.
Sülalə dövlətlərindən milli dövlətlərə keçiddən sonra da Atatürk, Çörçüll, Hitler, Stalin və s. kimi liderlər dövləti ailədən üstün tuturdular. Baxmayaraq ki, milli dövlətlərdə lider dövlət məsuluyyətini cəmiyyətlə, xalqla bölüşürdü.
Təbəədən fərqli olaraq vətəndaşın dövlət məsuliyyəti vardı ki, bu da onda dövlət mənəviyyatı formalaşdırırdı. Orta əsr hərbi elitalarının əsasən zadəganlardan, aristokratlardan təşkil olunması da dövləti təbəələrə etibar etməməyin göstəricisi idi. Çünki Orta əsrlərdə vətəndaşlıq statusuna sahib adamlar da zadəganlar, aristokratlar idilər. Dövlətin verdiyi qərarlarda onların da payı vardı. Məsələn, Nadir şah seçiləndə tələblərindən biri bu olmuşdu ki, əgər Səfəvilər şiəlikdən imtina edib, sünni təriqətini qəbul edərlərsə, şah seçilməyə razılıq verərəm. Səfəvi elitası təklifi dərhal qəbil etdi, Səfəvi təbəələrinə isə "keçəl bayram haçandı" deyən olmadı.
Keçmiş sovet xalqları, əslində, modern təbəələr idilər. Onlar dövlətin həyatında yalnız "can" olaraq iştirak edirdilər. Dövlət beş-altı rəhbərdən ibarət siyasi panteona məxsus idi. Siyasi Büro deyilən şey "kommunist allahların" panteonundan başqa bir şey deyildi. Kreml sovet ittifaqının ilahiləşdirilmiş siyasi Olimpi idi. Bu da sovet vətəndaşında təbəəçilik psixologiyasının güclənməsinə, onda dövlət mənəviyyatının çürüməsinə gətirib çıxardı. Mayakovskinin qəfildən bağıraraq "mən sovet vətəndaşıyam" deməyə məcbur edən şey vətəndaş qüruru deyildi, təbəə əzikliyi idi. Bu bağırtı sovet təbəəsinin boğazından, əynindən kəsib ağzında ən görünən yerə qoydurduğu kor xoşbəxtliyinin rəmzi - “qızıl dişi” idi.
Sovet ittifaqı dağılandan sonra yaranan müstəqil dövlətlərin həyatındakı problemlərin əsas səbəbi də sovetdənqalma zəif, çürümüş dövlət mənəviyyatı idi.
Millilik təcrübəsi yox edildikdən sonra müstəqil olan dövlətlər uzun illərdir dövlətdən yanıqlı olan ac və acıqlı təbəələrin əlinə keçmişdi. Bu cəmiyyətlərdə, əlbəttə ki, ailə dövlətdən üstün tutulacaqdı.
Mövzunu yekunlaşdıraq: Bu gün hamı Azərbaycanda ailə institutunun zəifləməsindən gileylənir. Bunun, sözsüz ki, yüzlərlə xırda-para səbəbləri var. Amma əsas səbəb (mənə görə) odur ki, yeni gələn nəsil artıq özünü qapalı sovet cəmiyyətində olduğu kimi ailə mühitində təsdiqləməyə can atmır. Yeni nəsilin özünütəsdiq imkanları xeyli genişlənib. Yeni nəsil artıq ərə, arvada deyil, şirkətə, dövlətə sahib olmağa can atır. Özünütəsdiqin qlobal fürsətlərini dəyərləndirmək istəyir. Uğuru məişət alqışları ilə ölçənlər ya sovetdən qalanlardır, ya da onların yolunu davam etdirənlər.
Yeni nəsil üçün ailə artıq bioloji mühitdir, yeni nəsil bu mühitə daha üstün imkanlara sahib sosial mühitin ilk qurbanı kimi baxır. Çağdaş dünyada dövlət mənəviyyatı olmayan xalqlar şirkət mənəviyyatı olmayan xalqlardır. Artıq yeni nəsil azərbaycanlısı təbəəlikdən çıxıb vətəndaşlığa gedən yolun başlanğıcında ailəni çiynində lazımsız bir yük kimi görür. O, əvvəlcə vətəndaş olmaq istəyir, sonra valideyn. Çünki əvvəlcə valideyn olanların sonradan vətəndaş olmağa gücü çatmayıb, təbəəliklə barışdığını gözüylə görüb.
“Qızıl diş”dən sonra imtina edilmək növbəsi “Qızıl toy”undur.
Aqşin YENİSEY - DİA.AZ
Paylaş:
Müəllif : Yazar
Tarix:4-05-2023, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər