reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ləğv olunan partiyaların sayı 18-ə çatdı - Siyahı

reklam

Ləğv olunan partiyaların sayı 18-ə çatdı - Siyahı














Azərbaycan Kommunist Partiyası fəaliyyətinə xitam verdiyini açıqlayıb.

Bu barədə məlumat partiyanın yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycanda uzun illər mövcud olmuş və cəmiyyətin rifahına xidmət etmiş kommunizm ideyalarını davam etdirmək düşüncəsində olan insanların 1993-ci ildə təsis etdiyi, 02.03.1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınmış Azərbaycan Kommunist Partiyası 30 il ərzində əzmkar siyasi mübarizə yolu keçib

“Ölkədə baş verən siyasi proseslərdə aktiv iştirak edən Azərbaycan Kommunist Partiyası Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmuş və bələdiyyə seçkilərində seçicilərin etimadını qazana bilmişdir”.

Partiyanın bəyanatında daha sonra qeyd olunur ki, Azərbaycan Kommunist Partiyası öz hüquqi fəaliyyətini sona çatdırmağı qərara alib:

“Bu qərar hər bir üzvümüzün yekdil səsi ilə qəbul edilmişdir. Hər bir kommunist əqidəli üzvümüzə öz fəaliyyətlərində uğurlar arzulayırıq".

Onu da bildirək ki, bu ilin əvvəlindən etibarən Azərbaycanda fəaliyyətinə son verən partiyaların sayı 17-yə çatıb. Belə ki, daha əvvəl Azərbaycan Tərəqqi Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu qəbul edib və Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib. Yeni qanuna görə siyasi partiyaların 5 min üzvü olmalıdır. 

Xatırladaq ki, bu günə kimi Azərbaycanda ümumilikdə 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:

– Azərbaycan Demokratik Sahibkarlar Partiyası

– Milli Qurtuluş Partiyası

– Azərbaycan Xalq Demokratik Partiyası

– Azərbaycan Milli Hərəkat Partiyası

– Azərbaycan Kəndli Partiyası

– Azərbaycan Yurddaş Partiyası

Bunlardan başqa, bu günə kimi 2 siyasi partiyanın – Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.





Paylaş:


Müəllif : Tarix:
5-05-2023, 13:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər