reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Kapital Bank”ın rəhbəri dəyişdi

reklam

“Kapital Bank”ın rəhbəri dəyişdi

















“Kapital Bank” ASC-nin İdarə heyətinin sədri Rövşən Allahverdiyev bankın Müşahidə Şurasına sədr təyin olunub.
Bundan əvvəl “Kapital Bank” ASC-nin Müşahidə Şurasına sədri bankın əsas səhmdarı olan “Paşa Holdinq”in direktoru Cəlal Qasımov olub.
Rövşən Allahverdiyevin yerinə isə İdarə heyətinin 1-ci müavini Fərid Hüseynov təyin edilib.

Fərid Hüseynov


Qeyd edək ki, Rövşən Allahverdiyev 2013-cü ildən "Kapital Bank"ın İdarə heyyətinin sədri vəzifəsində işləyir. Rövşən Allahverdiyev əslən Şərur rayonunun Yengicə kəndindəndir. Müşahidə Şurasının yeni sədri, həm də Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qardaşıdır.

Rövşən Allahverdiyev


Məlumat üçün bildirək ki, 10.07.2006-cı il tarixidə dövlət qeydiyyatına alınan “Kapital Bank” ASC-nin nizamnamə kapitalı 265 milyon 849 min 999 manat 85 qəpik təşkil edir.
“Kapital Bank” ASC-nin səhmlərinin 99,87%-i ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.




Paylaş:


Müəllif : Tarix:
5-05-2023, 15:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər