İlon Mask Bakıya gəlir: hansı saziş imzalanacaq? - AÇIQLAMA
Bu gün “Azərkosmos” ilə “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Azərkosmos” və “SpaceX” arasında şirkətin “Starlink” peyk internet xidmətinin Azərbaycanda satışı üzrə razılıq əldə olunub.
RegionXəbərləricom.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.
O bildirib ki, Azərbaycan ərazisi də xeyli müddətdir “Starlink” peyklərinin əhatə dairəsinə daxil olub:
“Starlink” internet xidməti yetərincə baha olduğundan güman ki, bu xidmət daha çox korporativ sektor, işğaldan azad olunan ərazilər və ənənəvi internet bağlantıların əlçatan olmadığı ərazilər üçün cəlbedici olacaq.
İstənilən halda, alternativ bir internet xidməti olaraq “Starlink”in ölkəmizə gəlişi yetərincə faydalıdır.
Fikrimcə, son illərin də təcrübəsi göstərir ki, əlçatanlıq, qiymətlərin sərfəli olması və daha müasir həllər baxımından “SpaceX” şirkəti ilə əməkdaşlıq əhəmiyyətlidir və doğru seçimdir. Bununla da ölkəmizdə internet xidməti göstərən provayderlərin sayı daha da artmış oldu.
Hazırda 150-dən çox provayder Azərbaycan internet məkanında xidmət göstərir”.
O qeyd edib ki, “Azərkosmos” bu əməkdaşlıq çərçivəsində yeni istehsal olunacaq peyklərin də “SpaceX” vasitəsilə orbitə qaldırılmasını nəzərdə tuta bilər:
“Beləliklə, Azərbaycanın yeni müşahidə peykinin İsrail tərəfindən istehsal olunacağını və “SpaceX” şirkəti vasitəsilə orbitə qaldırılacağını gözləmək olar.
Qeyd olunan müqavilənin reallaşması ilə bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə İlon Maskın da qatılacağını gözləmək olar.
Peykimizin orbitə qaldırılması ilə bağlı “SpaceX” ilə anlaşmaların da elə konqres çərçivəsində imzalanması mümkündür”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-05-2023, 08:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər