reklam
Regionxeberlericom.az » Cəmiyyət » Fəaliyyətsiz işıqforların yaratdığı problemlər - RİSQ ALTINDAYIQ...

reklam

Fəaliyyətsiz işıqforların yaratdığı problemlər - RİSQ ALTINDAYIQ...















Bakının bir çox küçələrində işıqforların fəaliyyətsizliyi nəqliyyatın intensiv hərəkətinə maneə törədir.İşlək durumda olmayan işıqforlar Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində də mövcuddur. İşıqforların bu vəziyyəti həm piyadaların, həm də sürücülərin həyatına təhlükə yaradır. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirildi ki, qeyd olunan ünvanda quraşdırılan işıqfor obyektləri ilə bağlı texniki işlər hələ tam yekunlaşmayıb. Lakin elektrik xəttinə qoşulma ilə bağlı zəruri tədbirlər görülməkdədir. Problemin yaxın zamanlarda həll olunacağı gözlənilir. Mövzu ilə bağlı Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "MediaPost"a açıqlama verib

O işıqforların qoyulduqdan sonra uzun müddət fəaliyyətsiz qalmasını qınayıb:

“Bəzi işıqforlar tam yeni olaraq quraşdırıblar. Yəni indiyə qədər orada svet olmayıb və quraşdırdıqdan sonra hələ ki, onun iş rejimini hərəkət intensivliyinə uyğunluğunu müəyyən edə bilməyiblər deyə işə salmayıblar. Amma əslində bu da düzgün yanaşma deyil, çünki əgər qoyulursa, onun iş rejimi, hərəkət rejiminə uyğunluğu, hərəkət şiddətinə uyğunluğu, yəni fəaliyyəti qabaqcadan dəqiq müəyyən olunmalıdır

İşıqfor qoyulduqdan sonra qısa müddətdə, uzaqbaşı bir balaca testdən sonra bir iki gün testdən sonra tam müəyyən olunmuş rejimdə işləməlidir. Məsələ burasındadır ki, svetafor yolda hərəkət növbəliliyini məsələ üçün yol ayrıcını keçmə növbəliliyini keçmə ardıcıllığını piyada keçidini piyadalarla. Nəqliyyat vasitələrinin keçmə ardıcıllığını müəyyən edən ən mükəmməl texniki vasitədir. Ondan yaxşı hərəkəti tənzimləyən keçmə növbəliliyini müəyyən edən texniki vasitə hələ mövcud deyil. İşıqforlar işləməməsi konfliktlərin mövcud olması deməkdir. Bu da istənilən halda sürücünün piyadanın yanlışa yol verməsinə və yol nəqliyyat hadisələrinə gətirib çıxara bilər”- deyə o bildirib. //"MediaPost"//




Paylaş:


Müəllif : Tarix:
18-05-2023, 12:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər