Azərbaycan məktəbliləri Avropa çempionatında beş medal qazandılar
Albaniyada keçirilən şahmat üzrə məktəblilər arasında Avropa çempionatı sona çatıb.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, 25 ölkədən 208 “iti zəka sahibi”nin iştirak etdiyi qitə birinciliyində Azərbaycan təmsilçiləri 5 medal qazanıblar. Məktəbli şahmatçılarımız 2 qızıl, 2 gümüş və bir bürünc medala layiq görülüblər. Bununla komandamız medal sıralamasında 3-cü yeri tutub.
17 yaşadək oğlanlar kateqoriyasında çıxış edən Aqil İsrailov və 9 yaşadək oğlanların yarışında mübarizə aparan Yasin Əzimov çempionatın qızıl medalına sahib çıxıblar. 13 yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli isə oğlanların yarışında gümüş medal qazanıblar. 15 yaşadək qızlar kateqoriyasında çıxış edən Nurtən Nuriyeva bürünc medalla mükafatlandırılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-05-2023, 13:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər