“Azərbaycanlılar qorxaq millətdir” deyən Rəsul Quliyevə ağır cavab
“Rəsul Quliyevin “azərbaycanlılar qorxaqdır” fikrindən ola bilər ki, bəzi siyasi partiya rəhbərləri istifadə etsin. Yəni xalqımız çəkinir, qorxaqdır, öz hüquqlarını tələb etmirlər və s. kimi ifadələr işlədilə bilər. Lakin mən bunu qətiyyən doğru hesab etmirəm”.
Bu sözləri açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib.
O, ötən gün “Müsavat TV”nin qonağı olan Milli Məclisin sabiq spikeri Rəsul Quliyevin məlum fikirlərinə münasibət bildirib.
T. Abbaslı hesab edib ki, xalqın qorxağı, cəsarətlisi və yaxud nəyisə olmur, əksinə, onun lideri olur:
“Xalq hər zaman liderinə baxıb, ona uyğun davranır. Bu baxımdan, xalqı ittiham etməyi doğru hesab etmirəm. Ümumiyyətlə, milyonlarla insanı eyni xarakterdə göstərmək səhvdir. Məsələn, azərbaycanlılardan 10 dəfə kiçik olan çeçenlər, əgər bu gün döyüşə bilirlərsə, onda biz niyə döyüşməyək? Biz 1918-ci ildə də, sonrakı dövrlərdə də bunu sübut etmişik. Mən hələ səfəvilər, əfşarlar, qacarlar və digərlərini demirəm. Yaxud 90-cı illərdə insanlarımız əliyalın tankların qarşısına çıxanda biz cəsarətimizi sübut etmişik. Hansı ki, dünya “rəngli inqilab”ları 2005-də görəndə xalqımız həmin inqilabları Corc Sorosun verdiyi pulla yox, özünün çörəkpulu ilə etmişdi. Meydan Hərəkatında hamının nəyi var idisə, meydanlara daşıyırdı”.
Partiya sədri xatırladıb ki, biz bunları edən, tankların qarşısına çıxan bir xalqıq:
“Belədirsə, biz necə cəsarətsiz xalq ola bilərik? Məsələn, Birinci Qarabağ müharibəsini götürək. O zamanlarda ordu formalaşmamışdı, silah-sursat, pul və təminat yox idi. Eyni zamanda qarşımızda duran ölkə tək Ermənistan deyildi. Rusiya, Fransa, Avropa onun yanında idi və sən 5-6 il müqavimət göstərib uğurlar əldə edirsən. İkinci Qarabağ müharibəsindən sonra da hər şey bəlli oldu ki, xalqımız necə cəsarətlidir. Bu sözü deyənlər müharibədə iştirak edən ermənilərin müsahibələrinə baxsınlar ki onlar əsgərlərimiz barəsində necə danışırlar. Ona görə də mən bunu qətiyyən qəbul etmirəm”.
Müsahibimiz aydınlaşdırıb ki, adətən, siyasətçilərimizdə kor-koranə bir Avropa sevdası var:
“Hətta “xalqın uşağı” ifadəsini əsas götürüb digər millətləri tərifləyir ki, baxın, görün, onlar nə edib və s. Bir dönüb öz xalqımıza da baxaq ki, biz nə etmişik, nə edirik... Hə, bu gün demokratik dövlət qura bilməmişiksə, bu, xalqın günahı deyil, əksinə, bu lazımi məqamda meydana çıxa, aeroporta gəlib Bakıya düşə bilməyən, yaxud nəfslərinə doy gəlib təklif olunan rüşvəti götürə bilməyən liderlərin ucbatından olub. Bunu da xalqın boynuna artmaq qətiyyən düz deyil.
Əgər söhbət qorxaqlıqdan gedirsə, onda fransızlar ən qorxaq millətdilər. Çünki Fransa İkinci Dünya müharibəsində Nasist Almaniyasına təslim oldu. Çünki Almaniya demək olar ki, Avropanın yarısını almışdı. Mənə elə gəlir ki, bu məsələlərə çox da fikir vermək lazım deyil. Bu gün ağzı olan hər kəs danışır. Bu gün danışmaq üçün məkanlar çoxdur deyə hər kəs bir şeyi deyir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-05-2023, 14:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər