“Onun qiymətini anam qədər bilirəm” - Video
“Anamı həmişə çox sevmişəm. Anama olan sevgi sənətimə də var. Yəni onun qiymətini anam qədər bilirəm. Mənə heç kim deməyib ki, get oxu, özümün həvəsi olub. Bir də atam çox istəyərdi ki, oxuyum”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri SSRİ Xalq artisti Zeynəb Xanlarova “Mədəniyyət sizinlə tanınır” layihəsində deyib.
Sənətkar bildirib ki, bu sənət uşaq kimidir: “Onu buraxsan, qiyməti olmayacaq. Bu sənətin qədrini bilmək lazımdır. Bu sənəti yerə vurmaq olmaz. Xalqın sevgisini qazanmaq üçün gərək xalqa hörmət edəsən. Hörmət də nədir? Balaca səsin olsa da, oxu. Hərdən bir su da iç. Eybi yox, oxu. Ancaq özün ol. Hanı Şövkətlər, hanı Saralar, hanı Rübabələr? Bunların hamısı mikrofon oxuyanları olmayıb”.
Xanlarova səhnəyə olan sevgisini belə ifadə edib: “Məni səhnədən dartıb çıxarmayınca yorulmuram. Səhnəyə çıxıramsa, mənə dünyanı verirlər. Səhnə mənim suyumdur, havamdır. Elə qiymətli şeydir ki, ondan doya bilmirəm. Çörək yeməyə bilərəm, su içməyə bilərəm, ancaq musiqisiz yaşaya bilmərəm. Mən Zeynəbəm xalqım üçün. Sizi sevirəm, xalqımı sevirəm. Mən xalqsız, Vətənsiz yaşaya bilmərəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-05-2023, 18:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər