Əsir əsgərlərimiz üçün “bazarlıq təklifi” - NƏ ETMƏLİ?
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Aqşin Bəbirov haqqında 11 il 6 ay müddətinə həbs qərarı çıxarıb. Ona qarşı “dövlət sərhədini qanunsuz keçmə, odlu silah və döyüş sursatlarının dövlət sərhədindən qanunsuz keçirilməsi” maddəsi ilə saxta ittiham irəli sürülüb. A.Bəbirov bu ittihamlarla təqsirli bilinib. Digər azərbaycanlı hərbçi Hüseyn Axundovla bağlı hələ ki qərar verilməyib. Erməni tərəfi onu qətldə ittiham edir.
Ermənistanın baş naziri Nikol Paşinyan son mətbuat konfransında deyib ki, iki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazırıq. “Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz”, - deyə Paşinyan bildirib.
2021-ci ilin yayında Bakı məhkəməsi 13 erməni hərbçisini 6 il müddətinə azadlıqdan məhrum edib. Onlar terrorçuluqda, qeyri-qanuni silah saxlamaq və daşımaqda, sərhədi qeyri-qanuni keçməkdə, eləcə də silahlı dəstələr yaratmaqda suçlu bilinirlər. Azərbaycan erməni hərbi qulluqçuları hərbi əsir saymır, çünki onlar Azərbaycan, Ermənistan və Rusiya döyüş əməliyyatlarını dayandıran üçtərəfli bəyanat imzalandıqdan sonra tutulublar və onları əsir hesab etməyə əsas yoxdur. Paşinyanın mövqeyindən də belə anlaşılır ki, onları Bakıda cəza çəkən diversantlarla dəyişmək təklif ediləcək. Əsirlərin dəyişdirilməsi istər-istəməz müzakirə olunacaq. Bəs bu müzakirələr nə vaxt başlaya bilər, əgər sonda razılaşma olacaqsa, hərbi əsirlərimizin tezliklə geri qaytarılması faydalı olmazmı?
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb. Politoloq qeyd edib ki, Azərbaycan tərəfi razılıq verən kimi bu müzakirələr başlaya bilər: “Müzakirələrdə ermənilər "Hamının hamıya" prinsipini ortaya ata bilər. Lakin bu düzgün yanaşma deyil və Azərbaycan çətin ki, onu qəbul etsin. Məlum olduğu kimi, Ermənistanın Azərbaycanda olan əsirləri terrorçu kimi saxlanılıb. Lakin hesab edirəm ki, Azərbaycan kompromisə gedib, ağır xəstə, səhhəti qaydasına olmayan iki nəfəri verməklə orada olan iki əsgərimizi geri ala bilər. Qeyd edim ki, artıq Belçikanın paytaxtı Brüsseldə bunun bünövrəsi qoyulub, fikir mübadiləsi aparılıb, Prezident və baş nazir səviyyəsində razılaşma var. Sadəcə olaraq, onun icra mexanizmi, hansı prinsip əsasında dəyişmə gedəcək, o müəyyənləşməli və bundan sonra proses həyata keçirilməlidir. Fikrimcə, bu proses nə qədər sürətlə həyata keçirilsə, bir o qədər yaxşı olar, ölkələrarası etimadı dərinləşdirər".
Hərbi ekspert Şair Ramaldanov isə mövzuya bu cür şərh bildirdi: “Əlbəttə ki, əgər Ermənistanda əsir düşmüş əsgərlərimiz və Azərbaycanda azadlıqdan məhrum edilmiş erməni diversantlar varsa, hansısa "bazarlıq" söhbəti olacaq. Çünki Ermənistan elə bir hüquqi dövlət deyil ki, əsirlərin saxlanılması, onların qaytarılması məsələsini beynəlxalq normalar çərçivəsində həll etsin. Yəni ermənilərdən bunu gözləmək sadəlövhlük olardı. Ona görə də Paşinyanın bu cür fikir səsləndirməsində təəccüblü bir şey yoxdur. Əsir düşən əsgərlərimizin qaytarılması Azərbaycan üçün prioritet məsələdir və bu təbiidir. Ona görə də hesab edirəm ki, Azərbaycan hansı yollarla olursa-olsun, öz əsgərlərinin qaytarılmasında bütün səyləri göstərəcək".
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2023, 08:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər