Azərbaycanlı həbsdən Ukraynadakı döyüşə göndərildi, həlak oldu
Əslən Salyan rayonunun Qarabağlı kəndindən olan 41 yaşlı Rusiya vətəndaşı Azər Qurbanov Ukraynada gedən döyüşlərdə həlak olub.
Bu barədə onun həmyerlisi, jurnalist Emil Məmmədov məlumat yayıb.
O bildirib ki, A.Qurbanov bir müddət əvvəl həbsdən buraxılaraq Rusiya tərəfdən müharibəyə göndərilib:
“Əslən Salyan rayonunun Qarabağlı kəndindən olan, Rusiya vətəndaşı 41 yaşlı, iki azyaşlı uşaq atası olan (həyat yoldaşı Neftçaladandır) iş adamı Azər Təbriz oğlu Qurbanov Perm vilayətinin Berezniki rayonunda 10 il əvvəl ağır cinayət törətdiyi üçün 25 il müddətinə azadlıqdan məhrum edilib. Lakin bu ilin yanvar ayında Azər həbsxanadan buraxılaraq Ukrayna ilə müharibəyə göndərilib. Fevralın 9-da o, Donetskdə döyüş zamanı 18 nəfərlə birlikdə həyatını itirib. Amma ərazi neytral olduğu üçün cəsədləri götürə bilməyiblər. Yalnız mayın 4-də onun cəsədi ruslar tərəfindən aşkar edilərək doğulduğu kəndə göndərilib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2023, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər