reklam
Regionxeberlericom.az » Cəmiyyət » İŞİD-in Azərbaycan üzrə cavabdehi tutuldu - FOTO

reklam

İŞİD-in Azərbaycan üzrə cavabdehi tutuldu - FOTO

İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib.

Regionxeberlericom.az Türkiyə mediasına istinadla bildirir ki, İstanbulun 3 bölgəsində keçirilən əməliyyatda 12 nəfər tutulub. Onlar arasında Suriyada təlim görən təşkilatın Mərmərə bölgəsindəki rəhbəri, həmçinin İstanbul və Azərbaycan üzrə cavabdeh şəxsləri də olub.

Bildirilir ki, tutulanlar özlərini “Təqva” qruplaşması kimi tanıdıblar.

Əməliyyatdan sonrakı araşdırmada hakim vəzifəsində olduğu deyilən Bilal Ö-nin Selman S-ni əyalət rəhbəri təyin etdiyi, Azərbaycan üzrə cavabdeh olan Abdurrahman M. isə İŞİD-ə qoşulanların yaxınlarına yardım etdiyini müəyyən edilib.

Əməliyyatdan sonra Ataşehir, Başakşehir, Bağcılar, Esenler, Esenyurt, Kartal, Küçükçekmece və Pendikdə sözdə idarəçilərin yenidən strukturlaşdırıldığı, pul toplayaraq təşkilata kadr almağa çalışdığı da üzə çıxıb.

Şübhəlilərin istintaqı davam edir.








Paylaş:


Müəllif : Tarix:
24-05-2023, 14:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər