“Fərqlənmə diplomu alıbsa, niyə işə düzələndə imtahan verməlidir?”
“Fərqlənmə diplomu ilə həm ali təhsil, həm də orta ixtisas təhsili müəssisələrini bitirinlərə heç bir imtiyaz yoxdur”.
Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev bildirib.
“Əgər şəxs fərqlənmə diplomu, yüksək bilik, bacarıq və səriştələrə yiyələnmək üçün mübarizə aparırsa, mütəxəssis kimi təhsilini başa vurub ən yüksək biliyə malik olduğunu təsdiq edən fərqlənmə diplomu alırsa, o zaman niyə işə düzəlmək üçün yenidən test imtahanı verməli, müsabiqələrdən keçməlidir? Biz bunlardan hansını qiymətləndirməliyik? Dövlətin qərarı əsasında verilən diplom sual altınamı alınır, yoxsa həqiqətən də gerçəkliyi əks etdirir?
Dövlət tərəfindən əlaçı tələbələr üçün xüsusi təqaüd müəyyən edilirsə, buna kifayət qədər maliyyə vəsaiti ayrılırsa, sonradan həmin şəxsləri işlə təmin etmiriksə, o zaman sual olunur ki, dövlətin bu qədər vəsaiti niyə havaya sovrulur? Qaldırılan təklifin mahiyyəti bundan ibarətdir. Bu, düşünülməli məsələdir”, - deyə komitə sədri vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2023, 15:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər