reklam
Regionxeberlericom.az » Cəmiyyət » İtin dişlədiyi uşağın xəstəxanada ölməsi ilə bağlı TƏBİB-dən açıqlama

reklam

İtin dişlədiyi uşağın xəstəxanada ölməsi ilə bağlı TƏBİB-dən açıqlama













TƏBİB-in tabeliyindəki Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Zülfiyyə Rzayeva it dişləməsi nəticəsində quduzluq simptomları ilə xəstəxanaya gətirilib.

RegionXəbərləricom.az APA-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, ona dərhal ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub. Mərhələli şəkildə 4 doza vaksin vurulsa da, xəstədə quduzluq simptomları inkişaf edib və 1 saylı Uşaq yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirlib:

"Lakin həkimlərin səylərinə baxmayaraq təsdiqlənməmiş quduzluq diaqnozu ilə həyatını itirib".

Qeyd edək ki, Cəlilabadda itin dişlədiyi azyaşlı dünyasını dəyişib. Hadisə rayonun Röyal Nəsirov küçəsində baş verib.

11 yaşlı Zülfiyyə Rzayeva dükandan evə qayıdarkən sahibsiz itin bacısına hücum etdiyini görərək onu itin caynağından xilas etməyə çalışıb. Çoxsaylı xəsarətlər alan uşaq təcili xəsətəxanya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurularaq, yaraları tikilib. Ancaq Zülfiyyə Rzayeva bir neçə gün müalicə aldıqdan sonra xəstəxanda qəfildən dünyasını dəyişib.




Paylaş:


Müəllif : Tarix:
26-05-2023, 17:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər