reklam
Regionxeberlericom.az » Cəmiyyət » Cəlilabadda sahibsiz itlər sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrildi

reklam

Cəlilabadda sahibsiz itlər sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrildi


Cəlilabad rayonunda sahibsiz itlər sakinlər, xüsusən də azyaşlılar üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Bunu sakinlər bildiriblər.

Onların sözlərinə görə, rayon mərkəzində yerləşən bütün küçələr sahibsiz itlərin məskəninə çevrilib.

“Uşaqları məktəbə tək göndərməkdən qorxuruq. Özümüz də gecə küçəyə çıxa bilmirik, vahimə içində yaşayırıq”, - sakinlər söyləyib.

Onlar problemin həlli üçün aidiyyəti dövlət qurumlarına müraciət ediblər:

“Xahiş edirik ki, sahibsiz küçə itləri ilə bağlı tədbir görülsün”, - sakinlər qeyd ediblər.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, il ərzində tibb müəssisəsinə heyvan dişləməsi ilə bağlı 263 müraciət daxil olub. Onlar əsasən itdişləmə ilə bağlıdır. Müraciət edənlərdən 134 nəfəri 18 yaşına qədər olan şəxslərdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Cəlilabad Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən bildirilib ki, qurum yalnız sahibləri bəlli olan itlərin vaksinasiyasını apara bilir.

Qeyd olunub ki, bundan başqa qurum lokalizasiyası məlum olan yerlədə sahibsiz itlərin yalnız yem halında vaksinasiyasını aparmaq imkanına malikdir: “Mövcud vəziyyətdən çıxış yolu isə bu heyvanlar üçün sığınacaqların hazırlanmasıdır ki, yaxın günlərdə bölgələrdə bu tip mərkəzlərin tikilməsi dövlət proqramına salınıb”.

Xatırladaq ki, bu ayın əvvəlində rayonun R.Nəsirov küçəsində itdişləmə hadisəsi baş verib.

Belə ki, mağazadan evə qayıdan bacısına sahibsiz itin hücum etdiyini görən 11 yaşlı Zülfiyyə Rzayeva onu xilas etməyə çalışıb. Nəticədə çoxsaylı xəsarətlər alan T.Rzayeva təcili xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurularaq, yaraları tikilib.

Azyaşlı bir neçə gün müalicə aldıqdan sonra xəstəxanada qəfildən dünyasını dəyişib.




Paylaş:


Müəllif : Tarix:
30-05-2023, 19:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər