reklam
Regionxeberlericom.az » Cəmiyyət » Naxçıvanda Talıbova bağlı şirkətlərdə dəyişiklik davam edir

reklam

Naxçıvanda Talıbova bağlı şirkətlərdə dəyişiklik davam edir

















Bu ilin mart ayında ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Holdinq”ə bağlı “Gəmiqaya Avtonəqiliyyat” MMC-nin tərkibindən ayrılma nəticəsində yaranan "Ofis Hold-75" MMC (VÖEN - 0201413871) adlı şirkət yenidən təşkil olunur.

Bu dəfə "Tu Hold-75” MMC (VÖEN -  0201406841) "Ofis Hold-75" MMC-yə qoşulduğu üçün yenidən təşkil olunur.

Qeyd edək ki, "Tu Hold-75” MMC də bu ilin mart ayının 7-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 532 min 573 manat 59 qəpik olan MMC-nin qanuni təmsilçisi İbrahimov İbrahim Vasif oğludur. Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, N.Tusi, ev 5-də yerləşir.

"Ofis Hold-75" MMC-nin də hüquqi ünvanı Naxçıvan şəhəri, N.Tusi, ev 5-də yerləşir. “Ofis Hold-75"in nizamnamə kapitalı 876 min 804 manat 26 qəpik, qanuni təmsilçisi isə Novruzov Nuraln Kazım oğludur.

Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib.

“Gəmiqaya İnşaat”ın da tərkibindən 10 şirkət ayrıldı – Təfərrüat

Naxçıvanda bu dəfə 10 şirkət birləşdi – Talıbovlarla bağlılığı var

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.

Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.

Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.





Paylaş:


Müəllif : Tarix:
31-05-2023, 14:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər