reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Müvafiq qurumlar küçə itlərini yığıb Koreyaya, Çinə satsın" - Deputat

reklam

"Müvafiq qurumlar küçə itlərini yığıb Koreyaya, Çinə satsın" - Deputat

















“Bakıda ağcaqanadın əlindən dayanmaq olmur. Nə gecəmiz, nə də gündüzümüz var. Sovet dövründə sanitariya işləri aparılırdı, evləri, bağları dezinfeksiya edirdilər. İndi nəinki rayonlarda, heç Bakıda bunu etmirlər”.

RegionXəbərləricom.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli Milli Məclisin plenar iclasında deyib.

“Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu, əhalinin sağlamlığına ciddi ziyandır. Yenidən malyariya yarada bilər. Bunun kökü sovet dövründə kəsilib. Sanitariya-epidemioloji xidmətə diqqət etmək lazımdır”, - deputat bildirib.

Millət vəkili çıxışında, həmçinin paytaxtda sahibsiz itlərin çox olmasına da toxunub: “Regionlarda baxçaya, məktəbə gedən uşaqlar küçə itlərinin hücumuna məruz qalır. Bu hallar uşaqların qorxmasına, ölümünə səbəb olur. Müvafiq qurumlar bununla ciddi məşğul olmalıdır. Yığın o itləri, Koreyaya, Çinə satın, amma bir çarə tapın”.




Paylaş:


Müəllif : Tarix:
31-05-2023, 14:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər