Bayram Səfərovun qızı məktəbdəki kompleksi və dayanacağı icarəyə verib? - Fotolar
Yeni Yasamal qəsəbəsinin Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanovanın şagird və kollektivlər üçün dövlət vəsaiti hesabına tikilən idman kompleksini özəlləşdirərək adı açıqlanmayan fərdi sahibkara icarəyə verdiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qaynarinfo”da məlumat dərc olunub.
İddiaya əsasən, futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərən idman kompleksinin 1 saat üçün icarə haqqı 60 manat təşkil edir.
Həmçinin məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanılması üçün nəzərdə tutulan avtodayanacağın da parklanma sahəsi kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verildiyi iddia edilir.
Qeyd olunur ki, məktəb direktoru buna görə hətta sözügedən dayanacağa nəzarətçi də təyin edib.
Qarabağ Regional Təhsil İdarəsinin mətbuat katibi Aynurə Məlikova Yeniavaz.com-a bildirib ki, iddialar araşdırılır.
Qeyd edək ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-06-2023, 12:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər