İlkin Süleymanov son söz dedi - Yenilənib
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı amansızlıqla öldürməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə iki ildir davam edən məhkəmə araşdırması yekunlaşır.
Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edən iclasda İlkin Süleymanov son söz deyib.
Həmçinin oxuyun: AccessBank открыл еще один филиал в обновленной концепции
İlkin Süleymanov işin mahiyyəti ilə bağlı bir neçə epizoda diqqət çəkərək cinayət törətmədiyini deyib: “Mənim bu işlə əlaqəm yoxdur. Cinayəti mənim boynuma atıb, günahsız yerə həbs ediblər. İlkin ifadəmdə cinayəti boynuma almağımın səbəbi də odur ki, mənə işgəncələr verirdilər.
Son olaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edirəm”.
Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib. Hökm 5 iyunda oxunacaq.
Qeyd edək ki, hadisə 2020-ci ildə baş verib. 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinərək həbs olunub.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2023, 15:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər