reklam
Regionxeberlericom.az » Cəmiyyət » Avtomobillərin utilizasiyaya verilməsi qaydası təsdiqləndi

reklam

Avtomobillərin utilizasiyaya verilməsi qaydası təsdiqləndi

















Milli Məclis nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydasını ilk oxunuşda qəbul edib.

RegionXəbərləricom.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:

- nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs;

"Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar tərəfindən:

- Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;

- istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.

Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Paylaş:


Müəllif : Tarix:
6-06-2023, 14:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər