"Kaxovskaya"nı ukraynalıların özü partladıb" - Peskov
“Ukrayna Kaxovskaya su elektrik stansiyasında təxribat törədib, Rusiya prezidenti Vladimir Putin vəziyyətlə bağlı məlumat alır”.
TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Prezident Müdafiə Nazirliyindən və digər xidmətlərdən Kaxovskaya SES ətrafında baş verənlərlə bağlı hesabatlar alır. Burada artıq birmənalı şəkildə deyə bilərik ki, bu, Ukrayna tərəfinin düşünülmüş təxribatıdır", - Peskov bildirib.
Moskva Kaxovskaya su elektrik stansiyasına raket hücumunda əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edir. Peskov deyib ki, təxribat Kiyev hakimiyyətinin göstərişi ilə edilib:
“Onlar baş verənlərə görə məsuliyyət daşımalıdırlar”.
Qeyd edək ki, Ukrayna mətbuatı iyunun 6-na keçən gecə rus işğalçılarının Kaxovskaya SES-in bəndini partlatdıqlarını açıqlayıb.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın sözlərinə görə, rusların Kaxovskaya SES-in bəndini partlatması növbəti hərbi cinayətdir.
Prezident Volodimir Zelenski Kaxovskaya SES-də baş verənlərlə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasını toplayıb və yalnız rəsmi məlumatların yayılmasına çağırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-06-2023, 14:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər