reklam
Regionxeberlericom.az » Cəmiyyət » KTN-in yeni binası istifadəyə verildi - Fotolar

reklam

KTN-in yeni binası istifadəyə verildi - Fotolar












Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda, Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində yeni inzibati binası istifadəyə verilib.

Prezident İlham Əliyev açılışda iştirak edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bina barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Müasir memarlıq üslubuna uyğun inşa olunan bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.

Qeyd olunub ki, 215 otaqdan ibarət işçi mərtəbələrdə əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunan konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var. Diqqətə çatdırıldı ki, ərazidə 170 avtomobil yerlik dayanacaq yaradılıb.





Paylaş:


Müəllif : Tarix:
6-06-2023, 16:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər