Dəlixana ilə hədələndiyini deyən fəal ruhi-əsəb dispanserinə yerləşdirilib
Müqavimət Hərəkatı üzvü Ziyafət Abbasovadan bir sutkaya yaxındır xəbər almaq mümkün olmur.
Bu barədə yaxınları sosial şəbəkələr vasitəsilə məlumat veriblər.
Onlar Z. Abbasovanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını iddia edirlər.
“Ötən gün 11:30 radələrində Cəmil Həsənlinin kitab təqdimatına gedərkən yoxa çıxıb. Ziyafət xanım mənə bildirmişdi ki, bu rejim onu dəlixanaya qoymaqla hədələyir”, - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə Rəhimovabildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, ictimai fəalın saxlanılması ilə bağlı yayılan iddialar əsassızdır:
“Z.Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-06-2023, 10:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB