reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Vaqnerçilər mənə işgəncə veriblər” -Priqojinin əsir götürdüyü Rusiya polkovniki danışdı

reklam

“Vaqnerçilər mənə işgəncə veriblər” -Priqojinin əsir götürdüyü Rusiya polkovniki danışdı















“Məni zirzəmiyə saldılar, alçaltdılar. Heç bir qəzəbli rus əsgəri bunu hətta əsir düşən Ukrayna hərbçisinə qarşı etməzdi”.

Bunu bir neçə gün əvvəl “Vaqner”-in əsir götürdüyü Rusiya ordusunun podpolkovniki Roman Vinivitin azad olunandan sonra deyib. Onun söylədiklərini Rusiyanın “Baza” telegram kanalı yayımlayıb.

Vinivitin deyib ki, rəhbərlik etdiyi bölmələrə baş çəkərkən “vaqnerçilər” heç bir əsas olmadan onun yolunu kəsiblər. Bu zaman podpolkovnik öz adamlarına həmin “Vaqner” təmsilçilərini tərksilah etməyi tapşırıb.

Əmr yerinə yetirilib. Lakin necə olubsa, sonradan “vaqnerçilər” podpolkovniki tapıb, əsir götürüblər: “Məni döyürdülər, yatmağa qoymurdular, gecədə üç dəfə oyadıb güllələməyə çıxarırdılar. Mənim ifadə verdiyim video təzyiq altında çəkilib”.

Xatırladaq ki, həmin videoda Vinivitin içkili halda “vaqnerçilər”in avtomobilinə güllə atdığını və Baxmutdan çəkilən “Vaqner” hissələrinin yolunu minalatdığını “etiraf edib”. Podpolkovnik yeni izahatında bunların heç birini etmədiyini bildirib.

Vinivitin onu da əlavə edib ki, “vaqnerçilər”in döydüyü, təhqir etdiyi, oğurladığı Rusiya zabiti təkcə o deyil. Onun dediyinə görə, “Vaqner” üzvləri bundan öncə ordu hissələrinin birinin qərargah rəisini oğurlayaraq, döyüblər, işgəncə veriblər. Daha sonra əli-ayağı bağlı şəkildə döyüş zonasına atıblar. O, belə halların çox olduğunu, ordu mənsublarının hətta “vaqnerçilər” tərəfindən zorlandığını, işgəncəyə, təhqirə məruz qaldığını, onların hərbi hissələrdən hərbi maşınlar, tanklar oğurladıqlarını söyləyib.

Bütün bunlar “düyanın ikinci ordusu”nun gerçək vəziyyətini, kriminal yığını olan “Vaqner”in qarşısında necə aciz durumda qaldığını əks etdirən mənzərədir…




Paylaş:


Müəllif : Tarix:
8-06-2023, 14:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər