Avropa Məhkəməsi Azərbaycanı cərimələdi
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 8-də Azərbaycandan göndərilmiş 38 ərizə üzrə 10 yekun qərardadını elan edib.
RegionXəbərləricom.az xəbər verir ki, AİHM ərizəçinin nümayəndəsi kommunikasiyaya cavab vermədiyi üçün 2 ərizəni baxılacaq işlərin siyahısından xaric edib.
"Adil İsmayılov və partnyorları Azərbaycana qarşı" məhkəmə işi bir sıra qeyri-hökumət təşkilatlarının iddia edilən qanunsuz fəaliyyəti ilə bağlı onlara açılmış cinayət işi çərçivəsində hüquq firması olan ərizəçi şirkətin bank hesablarının dondurulması ilə bağlıdır.
Ərizəçi şirkət AİHM qarşısında mülkiyyət hüququnun pozuntusunu mübahisələndirib.
Bu işdə ərizəçi şirkətin nümayəndəsi AİHM-in məktublarına cavab verməyib.
"Sərdar Qasımov Azərbaycana qarşı" məhkəmə işi də qeyri-hökumət təşkilatlarına açılmış cinayət işi çərçivəsində peşəsi vəkillik olan ərizəçinin bank hesablarına yerli məhkəmələrin qərarları ilə həbs qoyulması ilə bağlıdır.
Ərizəçi AİHM qarşısında iddia edirdi ki, bank hesablarının üzərinə həbs qoyulması onun mülkiyyət hüququnu pozub.
Ərizəçi həmçinin mülkiyyət hüququna qanunsuz müdaxilədən qorunmaq üçün effektiv müdafiə imkanlarının mövcud olmamasından (Konvensiya, Maddə 13) şikayət edib.
Bu ərizə də kommunikasiya alınmadığına görə, siyahıdan çıxarılıb.
AİHM-in elan etdiyi 7 qərardad hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə və tərəflərin dostca anlaşmalarına əsaslanır.
"Ruslan Qarayev və Başqaları Azərbaycana qarşı" işində ərizəçilər barələrindəki inzibati icraatlar zamanı onlara münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia ediblər.
Tərəflərin dostca anlaşma ilə bağlı müzakirələrin uğursuz yekunlaşmasının ardınca hökumət iddia edilən pozuntuları etiraf edərək məhkəməyə təktərəfli bəyannamə təqdim edib.
Bəyannaməyə əsasən çıxarılan qərardada görə, hökumət ərizəçilər Ruslan Qarayev, Üzeyir Abbasov, Əhsən Abdullayev, Tofiq Məmmədov, Namiq Sadıqov, Vilayət Məmmədov, Sübhi Həsənov, Ceyhun Novruzov, Faiq Əmirov, Şahin Şahverdiyevin hər birinə mənəvi zərər əvəzi 1000, hüquqi xərcələrə görə 250 avro ödəyəcək.
"Xətai Nəbiyev və Başqaları Azərbaycana qarşı" işində də "Ruslan Qarayev və başqaları Azərbaycana qarşı" işində olduğu kimi Konvensiyanın 6-cı maddəsinin pozuntusu mübahisələndirilib.
Hökumətin təktərəfli bəyannaməsinə əsaslanan qərardada görə, hökumət ərizəçilər Xətai Nəbiyev, Samir Məmmədov, Emil İsgəndərov, İslam Sahiboğlu, Nicat Nizamov, İslam İslamzadənin hər birinə mənəvi zərər əvəzi 1000, hüquqi xərcələrə görə 300 avro ödəyəcək.
"Gültəkin Hacıbəyli Azərbaycana qarşı" işində parlamentin keçmiş üzvü və müxalif siyasətçi olan ərizəçi keçmiş həyat yoldaşı M.M.-dən böhtana görə xüsusi ittiham qaydasında şikayət edib.
İşin materiallarından göründüyünə görə, M.M. 17 may 2013-cü il tarixdə mətbuat konfransı keçirib, ardınca müxtəlif qəzetlər və internet saytlarında bir neçə məqalə dərc olunub.
Həmin məqalələrdən görünür ki, keçmiş həyat yoldaşı ərizəçini parlament üzvü olarkən səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiyada, habelə M.M. ilə mülkiyyətlə və övladı ilə təmas qurmaqla bağlı mübahisələr zamanı yerli məhkəmələrə qanunsuz təsir göstərməkdə ittiham edib.
Ərizəçinin şikayəti üzrə birinci instansiya məhkəməsindəki baxış zamanı məhkəmə, M.M-nin dərc olunmuş məqalələrin müəllifi olmaması, onun mətbuat konfransı zamanı istifadə etdiyi ifadələrin böhtan xarakterli deyil, "tənqidi" məzmunlu olması əsası ilə ərizəçinin şikayətini rədd edib.
Yuxarı məhkəmələr həmin qərarı dəyişməyib.
Konvensiyanın 8-ci maddəsinə əsaslanan ərizəçi, daxili məhkəmələrin onun nüfuzunu qorumamasından şikayət edib.
AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4000, hüquqi xərcələrə görə isə 1000 avro ödəməlidir.
"Azər Əliyev və başqaları Azərbaycana qarşı" işində ərizəçilər barələrindəki inzibati məhkəmə icraatlarının Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə müşayət olunduğunu iddia ediblər.
Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar.
Anlaşmaya əsasən, hökumət ərizəçilər Azər Əliyev və Nicat Nizamova (3 ərizə) hər şikayət ərizəsi üzrə mənəvi zərər əvəzi 1000, hüquqi məsrəflərə görəsə 250 avro ödəməlidir.
"Elşən İsmayılov Azərbaycana qarşı" işdə ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun pozuntusu (həbsin əsassızlığı) mübahisələndirilib.
Tərəflərin dostca anlaşmasına əsasən, hökumət ərizəçiyə mənəvi zərərə görə 2000, hüquqi xərclərə görə 1500 avro ödəyəcək.
"Anar Məmmədov və başqaları Azərbaycana qarşı" – Konvensiyanın 11-ci maddəsinin pozuntusu mübahisələndirilən bu işdə ərizəçilər kütləvi aksiyalar zamanı qeyri-qanuni və ya qeyri-proporsional tədbirlərə məruz qaldıqlarını iddia ediblər.
Məhkəmə qərardadına əsasən, hökumət ərizəçilər A.Məmmədov, Ramid Nağıyev, Nicat Nizamov və Paşa Umudovun hər birinə ümumilikdə mənəvi zərər əvəzi 1500, hüquq xərclərinə görə 1350 avro ödəməlidir.
"Əfqan Sadıqov və başqaları Azərbaycana qarşı" inzibati xətalar üzrə icraat zamanı məhkəmələrin ədalətsizliyi, habelə, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu (1 işdə) mübahisə edilən bu iş də tərəflərin dostca anlaşmasına əsasən, başa çatıb.
AİHM-in qərardadına görə, hökumət Əfqan Sadıqov, Əli Rəhimov, Zaur Rövşənli, Rafael Hüseynzadə, Ruslan Əmirov, Zamin Salayev, İbrahim Cəfərov, Mehdi Şamilov, Kamran Kərimovun hər birinə mənəvi zərərə görə 800, hüquqi xərclər üçün 350 avro ödəyəcək.
AİHM iyunun 8-də bir ərizəni qəbuledilməz sayıb.
"Şahmar Məmmədov Azərbaycana qarşı" məhkəmə işi ərizəçiyə məxsus qeyri-yaşayış obyektinin – İsmayılı rayonundakı kafenin icra hakimiyyəti qurumlarının qərarına əsasən sökülməsi və kafenin yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlıdır.
Ərizəçi iddia edib ki, İsmayıllı rayonunda ona məxsus olan kafe Muğanlı-İsmayıllı avtomobil yolunun abadlaşdırılması layihəsi çərçivəsində sökülüb, sahəsi əlindən alınıb, ancaq ona ədalətli təzminat məbləği ödənilməyib.
Ərizəçinin məhkəmələrə şikayətindən sonra ümumilikdə 9572 manat kompensasiya müəyyən edilib və ödənilib.
Ərizəçi ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia etsə də AİHM onun iddialarını qəbuledilməz sayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-06-2023, 23:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər