Süni mayalanma üçün büdcədən pul ayrıla bilər
Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılması təklif edilib.
Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov çıxış edib.
Deputat bildirib ki, hər il maddiyyat baxımından uzun müddət övlad sahibi ola bilməyənlərin arzusu gerçəkləşmir: “Hər dəfə bu mövzu ortaya çıxanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul edilməsi məsələsi gündəmə gəlir. Qanun olmadığına görə işlər yubanır. Qeyd edim ki, bu qanun olmadan da tibbi tərəfdən məsələnin həlli ilə əlaqəli bilinən həqiqətlər var. Uşaq sahibi olmaq əslində bir insanın tam şəkildə fiziki, əqli və sosial cəhətdən sağlamlıq halına yönələn vacib məsələdir. Bu da dövlət təyinatı altında olmalıdır”.
R.Mahmudov qeyd edib ki, gələn ilin büdcəsində bu sahə ilə bağlı müəyyən hazırlığın görülməsi vacibdir: “İldə heç olmasa 200-250 şəxsin süni mayalanma istəkləri ilə bağlı büdcədən 1 və ya 1,5 milyon manatlıq yardımın ayrılması uyğun olar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-06-2023, 12:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər