İmamoğluna daha bir cinayət işi açıldı - 7 il həbs oluna bilər
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) meri Əkrəm İmamoğluna qarşı yeni cinayət işi açılıb.
O, İstanbulun Beylikdüzü rayonunun bələdiyyəsinə sədrlik etdiyi vaxt tələblərə cavab verməyən bir şirkətlə tender müqaviləsi bağlamaqda – “tender saxtakarlığı”nda ittiham olunur.
Proses Daxili İşlər Nazirliyinin İmamoğlunun Beylikdüzü Bələdiyyəsinin sədri vəzifəsindəki fəaliyyətini araşdırması ilə başlayıb. Araşdırma predmeti 29 dekabr 2015-ci ildə keçirilmiş tender olub.
Prokurorluq orqanları müdafiə tərəfinin ifadələri alındıqdan sonra istintaqını yekunlaşdırıb. İttiham aktına əsasən, aralarında İmamoğlunun da olduğu 7 nəfər “tenderi saxtalaşdırma”da günahlandırılır.
Vəkili iddia edib ki, İmamoğlu tender prosesinin heç bir mərhələsində iştirak etməyib, heç bir göstərişi olmayıb və imzası da yoxdur.
İş üzrə ilk məhkəmə iclası iyunun 15-də keçiriləcək.
İddialar təsdiqini taparsa, Əkrəm İmamoğlunu 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, İmamoğlu daha əvvəl də Yüksək Seçki Qurumunun (YSK) üzvlərini təhqir etdiyi iddia olunaraq mühakimə olunmuş, hakim onun sözügedən cinayəti törətdiyinə qənaət gətirərək, İmamoğlunu 2 il 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum etmişdi. İş hazırda yuxarı instansiya məhkəməsindədir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-06-2023, 11:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər