Rusiya hərbçilərinin apardıqları altı azərbaycanlı ailədən xəbər yoxdur - VİDEO
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Rusiya ordusu tərəfindən Nikolayev, Odessa, Dnepropetrovsk vilayətləri güclü raket atəşinə məruz qalıb. Krivoy Roq şəhərində həlak olanların sayı 12 nəfərə çatıb. Odessada isə səkkiz nəfər yaralanıb.
Qeyd edilib ki, Zaporojye, Donetsk və Xerson vilayətlərində də vəziyyət gərgindir:
“Zaporojye vilayətində Ukrayna ordusunun əks-hücum əməliyyatı davam edir. Daha iki qəsəbə azad edilib”.
M.Aslanovun sözlərinə görə, daşqınla əlaqədar Dnepr çayının sol sahilində yerləşən qəsəbələri tərk etmək istəyən sakinlərə Rusiya hərbçiləri mane olublar. Aralarında yaranmış insidentdən sonra sakinlər naməlum istiqamətə aparılıblar.
“Onlar arasında altı azərbaycanlı ailə də var. Adları məlum olan həmyerlilərimiz bunlardır: Tərlan Xammədov, Əli İsmayılov və Ruslan Məmmədov”, - deyə jurnalist əlavə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-06-2023, 15:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər