reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rza Rzayev Ali Məhkəməyə müraciət etdi

reklam

Rza Rzayev Ali Məhkəməyə müraciət etdi
















Xuliqanlıq ittihamı ilə məhkum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev kassasiya şikayəti verib.

Bu barədə onun vəkili Səlahəddin Cəfərov məlumat verib.

Şikayətdə Rza Rzayevə qarşı irəli sürülmüş ittihamın əsassız olduğu qeyd edilərək bəraət qərarı çıxarılması istənilib.

İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Birinci instansiya məhkəməsi ona həbs cəzası verməyib. Zərərçəkmiş şəxs hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Rza Rzayev 2 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

Rza Rzayev Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvarında 220-saylı məktəb-liseydə baş verib. Təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.

Xatırladaq ki, Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.




Paylaş:


Müəllif : Tarix:
16-06-2023, 11:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər