reklam
Regionxeberlericom.az » Cəmiyyət » Priqojin Ukraynada döyüşlərə cəlb olunmuş 32 min keçmiş məhbusun evinə qayıtdığını bildirir

reklam

Priqojin Ukraynada döyüşlərə cəlb olunmuş 32 min keçmiş məhbusun evinə qayıtdığını bildirir








Muzdlulardan ibarət “Vaqner” qrupuna cəlb olunmuş 32 min keçmiş məhbus Rusiyanın Ukraynada həyata keçirdiyi tammiqyaslı hərbi hücumunda iştirak etdikdən sonra evlərinə qayıdıb. Bu barədə qrupun rəhbəri Yevgeniy Priqojin deyib.

Onun sözlərinə görə, azadlığa buraxılanlar evlərinə qayıtdıqdan sonra 83 cinayət törədib və bu, “analoji müddət üçün həbsxadan azadlığa buraxılanlarla müqayisədə 80 dəfə azdır.”

Məhbusların döyüşlərə cəlb olunması 2022-ci ilin yayında məlum olub. Müharibəyə ağır və xüsusilə ağır cinayətlər törətmiş, o cümlədən ağır zorakılıq cinayətləri törətmiş şəxslər göndərilib. Priqojinin məhbuslara təklif etdiyi müqaviləyə əsasən, yarım illik hərbi xidmət tamamlandıqdan sonra onların cinayətləri əfv ediləcək və məhkumluqları götürüləcək.

Fevalın əvvəli Priqojin məhbusların Ukraynadakı döyüşlərə cəlb edilməsininin dayandırıldığını bildirib. Həmin ana qədər nə qədər məhbusun döyüşlərə cəlb ediliyi məlum deyil. Rusiya Federal Penitensiar Xidməti keçən il məhbusların sayında 30 min azalma olduğunu bildirmişdi.

QHT nümayəndələri “Vaqner” qrupunun 50 minə yaxın məhbusun cəlb etmiş ola biləcəyini deyirlər. Yanvarın sonu “Mediazona” həbsxanalarda müharibəyə getmək istəyənlərin sayının dəfələrdə azaldığını və buna görə məhbusların yeni həbs müddətləri ilə hədə yolu ilə döyüşlərə cəlb edildiyini bildirmişdi.

Daha sonra Priqojin müsahibə zamanı Ukrayna müharibəsində ümumi 20 min “Vaqner” döyüşçüsünün həlak olduğunu və onların yarısının keçmiş məhbus olduğunu bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi Ukraynada müharibə ərzində həlak olan hərbçilərin və könüllülərin sayını açıqlamır. Ən son 2022-ci ilin sentyabrında verilən rəsmi rəqəmlərə əsasən, Rusiya şəxsi heyətindən həlak olanların sayı 5937 nəfər təşkil edib.

amerikaninsesi




Paylaş:


Müəllif : Tarix:
19-06-2023, 10:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər