Azərbaycanlı zəvvarların son qrupu bu həftə Ərəbistana yollanacaq
Həcc ziyarəti üçün Azərbaycandan sonuncu təyyarə iyunun 22-də Məkkə şəhərinə gedəcək.
RegionXəbərləricom.az APA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, hazırda Məkkədə havanın temperaturu 43 dərəcədir:
“Buna baxmayaraq, hoteldə, avtomobillərdə, hər yerdə kondisionerlər var və zəvvarlarımız istini çox hiss etmirlər. Zəvvarların əhval-ruhiyyəsi də yaxşıdır. Dünən gecə gələn zəvvar qrupu da artıq dini ayinlərə başlayıb. Xəstələnən, səhhətində problem olan yoxdur”.
V. Cahangiri qeyd edib ki, Azərbaycandan 4 nəfərdən ibarət həkim qrupu da Məkkəyə gedib:
“Həkimlər özləri ilə ilkin yardım üçün dərmanlar və lazımi tibbi avadanlıqlar aparıblar. Kiminsə səhhətində problem yaranarsa, ilkin tibbi yardım kömək etməsə, hər hansı ekstremal şərait yaranarsa, onda biz xidməti maşınlarımızla xəstəxanaya aparırıq. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Həcc Missiyasının işçi qrupu bütün günü xidmət başındadır və zəvvarlarımızın rahatlığı üçün lazım olan bütün tədbirlər görülür”.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-06-2023, 17:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər