Sabiq məmuru şantaj edən qaynı cəza aldı
"Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini olmuş Rafael Rəhmanova qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən keçmiş qaynı Elman Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
RegionXəbərləricom.az "APA"ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elman Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rafael Rəhmanovun keçmiş qaynı Elman Quliyev onun sahib olduğu külli-miqdarda dəyərə malik çoxsaylı daşınmaz əmlakların siyahısı və şəxsi həyatı ilə bağlı topladığı özünə məlum olan rüsvayedici məlumatları müxtəlif xəbər portallarına və kütləvi informasiya vasitələrinə ötürməklə qısa müddət ərzində sosial şəbəkələrdə yayma hədəsi ilə ondan 100.000 manat nağd pul verməsini hədə-qorxu ilə tələb edib.
Zərərçəkmişin şikayəti əsasında Elman Quliyev saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elman Quliyev barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-06-2023, 23:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər