"Müraciət etmədiyim qurum qalmayıb, hamısı da maraqlanacaqlarını deyirlər..." - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Birinci Qarabağ müharibəsi əlili, Cəlilabadın Kazımabad kənd sakini Rövşən İmamverdi oğlu Ağayev dövlət qurumlarının biganəliyindən şikayətçidir.
Vətəndaş Meydan TV-yə deyir ki, Murovdağın Yanşaq kəndində gedən döyüşlər zamanı dörd gün mühasirədə qaldığı üçün hər iki ayağı donmvurma nəticəsində ciddi xəsarət alıb.
Buna görə ona əllillik təyin olunub, təqaüd alsa da, hazırda ayaqlarında ciddi problem yaranıb və aidiyyəti üzrə müraciət etdiyi dövlət qurumları müalicəsinə yardımçı olmurlar:
"1993-cü ildə könüllü Birinci Qarabağ müharibəsində döyüşlərə getmişəm. Murovdağa kəşfiyyata getmişdik. Qayıdanda mühasirəyə düşdük. Yanvar ayı idi. Təxminən dörd gün mühasirədə qaldıq. O zaman da vəziyyət qarışıq idi. Köməyimizə gələn olmadı. Hava həddindən artıq şaxtalı idi. Mənimlə olan əsgərlərin bir çoxu donvurmadan həlak oldu. Yanşaq kəndində döyüşürdük. Oradan Xanlar rayonuna gəldik. Mülki evlərə gedib, insanlardan gecələməyə yer istədik ki, növbəti gün hərbi hissəyə qayıdaq. Ayaqlarımı don vurmasından xəbərsiz idim. Qoca bir kişinin evinə gecələməli olduq. Əsgər çəkməsinin altındakı sarğını açanda gördüm ki, ayaqlarım qaralıb. Ev yiyəsi mənə dedi ki, bala, ayaqlarını don vurub. Nəbadə ayaqlarını yuyasan, yoxsa qanqrena olar”.
Rövşən Ağayev deyir ki, hazırda müalicə olunması üçün maddi imkanları məhduddur: "Hazırda hər iki ayağımda da böyük yaralar əmələ gəlib. Dövlət və özəl xəstəxanalara müraciət etməkdən yorulmuşam. Yaralar sağalmır. Müraciət etmədiyim qurum qalmayıb, hamısı da maraqlanacaqlarını deyirlər, amma bir nəticəsi yoxdur. Dərdimi kimə deyim, hara müraciət edim, bilmirəm. Getmədiyim bir prezidentin qəbuludur. Ona da mümkün olmur”.
Vətəndaş deyir ki, gecələr güclü ağrılardan yata bilmir.
Ayaqlarında tez-tez damarlar partladığı üçün qanaxmalar olur.
Bölgə xəstəxanalarında da onun dərdinə çarə tapan həkim yoxdur: "Gecənin şirin yuxusuna həsrət qalmışam. Şiddətli ağrılardan yata bilmirəm. Yatıram, yuxuda o tərəf, bu tərəfə fırlananda, ayağım döşəyə sürtünür, damarlar partlayır, qanaxma verir. Gecənin bir yarısı ayılırsan, görürsən ki, yorğan-döşək qandır. Dəfələrlə qanaxma olub, xəstəxanaya çatdırırlar. Bir dərd də odur ki, bölgə xəstəxanaları məni qəbul etmir. Dəfələrlə qanaxma ilə getmişəm. Mənə deyiblər ki, burada mütəxəssis yoxdur. Mənə ürək-damar cərrahı baxır. Bölgələrdə də bu ixstisas üzrə mütəxəssis yoxdur. Məktub yazıram, lazımsız ifadələr yazıb, göndərirlər”.
Rövşən Ağayev bildirir ki, maddi vəziyyəti pis olduğu üçün apteklərdən dərmanları nisyə alır: "Düzdür, dərmanlarımın bir qismi "Yaşat” Fondu tərəfindən qarşılanır. Çatışmayanları da kənddəki aptekdən alırıq. Artıq dərmanları nisyə də ala bilmirəm. Çünki hamısına pul borcluyam, pulu da verə bilmirəm. Ayaqlarımı görsəniz, qorxarsınız. Deyərsiniz ki, sən bu ayaqla necə yaşayırsan? Hər gün sarğı dəyişdiriləndə ayaqlarımdan irin-qan axır. Aldığım təqaüd məni bu aydan növbəti aya güclə çıxarır. Bunun içində kommunal xərclər, qidalanmaq da var. Çatdıra bilmirəm. Ayaqlarım başıma bəla olub. Aralıqda qalmışam, heç bir qurum baxmır”.
Səhiyyə Nazirliyindən məsələ ilə əlaqədar münasibət öyrənmək mümkün olmayıb. //Meydan TV//
Paylaş:
Müəllif : Fuad
Tarix:20-06-2023, 08:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər