reklam
Regionxeberlericom.az » Cəmiyyət » Zaqatalada toxumçu fermerlər subsidiya ala bilmir - MÜRACİƏT

reklam

Zaqatalada toxumçu fermerlər subsidiya ala bilmir - MÜRACİƏT















Rayonda taxıl biçini başlamasına baxmayaraq toxumçuluq üzrə ixtisaslaşan fermer Abdulla Mahmudov hələ də əkin apardığı sahələrə görə subsidiya ala bilmədiyini iddia edir.

Bizim.Media-nın yerli bürosuna müraciət edən Zaqatalalı fermer Abdulla Mahmudov bildirib ki, artıq 25 ilə yaxındır əkin-biçin işləri ilə məşğuldur. Dörd ildir subsidiya ala bilmir.

Özünə məxsus sahələrlə yanaşı sakinlərdən icarəyə götürdüyü torpaqlarda əkin aparmaqla az da olsa, dövlətə dəstək olmaq, ərzaq bolluğunun yaradılmasına töhfə vermək istəyənlərdəndir.

Fermer deyir ki, onun razılıq əsasında icarəyə görürdüyü əkin sahələrinə subsidiya ala bilmir. Həmçinin son 4 ildə taxıl sahələrinə görə subsidiya ala bilməyib. Səbəb olaraq, elektron sistemdə adının olmamağı göstərilir.

“İcarəmizdə olan torpaqlar Dövlət Fondu torpaqlarıdır. Bura örüş yeri kimi gedir. Ona görə subsidiya vermirlər. Elə sahəm var 50 hektardı, 28 hektar başqa sahəm var deyirlər bataqlıqdır. Deməli, 50-100 ilin problemləridir. İndi torpaqları münbitləşdirmişik, 10 ildir istifadə eləyən torpaqdan subsidiya ala bilmirik” , deyən Abdulla Məmmədov ciddi bir problemlə qarşı-qarşıyadır.

Fermer deyir ki, bu il 230 hektarda toxumluq arpa və buğda yetişdirib. O, illərlə əkin apardığı sahələrə aqrotexniki qulluq göstərməklə münbitləşdirib, sahələrin daşını yığıb, kol-kosdan təmizləyib.

Həmçinin toxumçuluq üzrə yetərincə ixtisaslaşıb. Bu il sahələrdən bol məhsul gözləyir. Bəs, mövzu ilə bağlı qanunvericilik nə deyir?

Məsələ ilə əlaqədar Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzi ilə əlaqə saxladıq. Bildirildi ki, fermer Abdulla Mahmudov rayonda toxumçuluq üzrə ixtisaslaşan təcrübəli mütəxəsislərdən biridir. Subsidiya məsələsinə gəlidikdə isə….

Zaqatala DAİM-in əməkdaşı Nəzakət Bədəlova deyir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, torpaqlara "əkin subsidiyası" əkin təyinatlı sahələrə görə verilir. Qeyri-əkin torpaq sahələrinə görə dövlət tərəfindən heç bir subsidiya ödənişi həyata keçirilmir.

"Hazırda respublikamızda tütün, şəkər çuğunduru və pambığın yetişdirilməsi üzrə məhsul subsidiyalar ödənilir. Fermerlərin torpaq sahələrinə baxış keçirilir. Onların torpaq sahələrindən yığılan məhsula görə, hər bir fermerə sənədləri sistemə işlənərək məhsul subsidiyası verilir".

Qeyri-əkin sahələrinin təyinatı dəyişdirilərsə...

DAİM əməkdaşı bildirdi ki, qeyri-əkin sahələrinin təyinatının dəyişdirilib əkin sahəsi kimi istifadə olunması üçün bələdiyyə orqanları rayon icra hakimiyyətinə müraciət etməli və öz növbəsində məsələ Nazirlər Kabineti qarşısında qaldırılmalıdır.

Nəzakət Bədəlova qeyd etdi ki, bir neçə il əvvəl rayonda gül plantasiyalarının salınması ilə bağlı rayon rəhbərliyi Nazirlər Kabinetinə müraciət etdikdən sonra həmin sahələrin təyinatı dəyişdirilərək əkinə yararlı sahələr kimi qeydiyyata salınıb.




Paylaş:


Müəllif : Tarix:
20-06-2023, 12:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər