“600-dən çox bal yığanların valideynlərindən ən azı biri ali təhsillidir”
“29 ildir 600 baldan yuxarı bal toplayan uşaqlar arasında anket aparırıq və məlum olur ki, belə uşaqların valideynlərindən ən azı biri ali təhsillidir”.
Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Bakıda keçirilən “İnsan Resursları Zirvəsi 2023” tədbirində bildirib.
“2019-cu ildən bəri yeni növ imtahanlar tətbiq olunur. Mən deyə bilmərəm ki, biz ümumi nəticələrlə razıyıq. Lakin qeyd edim ki, pandemiya və post-pandemiya dövründə mənfiyə doğru heç nə dəyişməyib. Bu ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı deyə bilərəm ki, məzunların 50 faizi xarici dil üzrə B1 səviyyəsindədir”, - deyə DİM sədri vurğulayıb.
M. Abbaszadənin sözlərinə görə, hər il icbari təhsil məzunlarının 15-16 faizi əmək bazarına daxil olur: “Biz konkret bilirik ki, həmin insanların bilik səviyyəsi nə yerdədir. İşsizliklə bağlı hər il bu şəxslərlə xüsusi proqramlarla işləmək lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-06-2023, 12:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər