reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Məktəb hər il fərqli rəngdə forma tətbiq edə bilməz" – Valideynlər AYAĞA QALXDI

reklam

"Məktəb hər il fərqli rəngdə forma tətbiq edə bilməz" – Valideynlər AYAĞA QALXDI


Məlum olduğu kimi növbəti tədris ilindən məktəbli formaları Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalarda göstərilən standartlara uyğun tətbiq olunacaq. Növbəti tədris ilindən milyondan artıq şagird yeni və məktəblərin seçdiyi rəng üzrə forma ilə dərsə gedəcək. Hansı ki, məktəblərin böyük hissəsi artıq ötən ildən forma seçimini edib.

Amma bu məsələ ilə bağlı valideynlər başqa bir problemlə üz-üzə qalıblar. İş ondadır ki, Nazirlər Kabinetinin təsdiq etdiyi məktəbli geyimi ilə bağlı rəng seçimini edən və ötən il bunu könüllü olaraq tətbiq edən bəzi təhsil müəssisə rəhbərləri bu dəfə valideynlərə fərqli rəng üzrə geyim forması təlimatı veriblər.

Bu isə kütləvi narazılığa səbəb olub.

Redaksiyamıza müraciət edən valideynlərin dediklərinə görə ötən il övladları üçün yeni məktəbli forması aldıqları halda, bu il həmin geyimlərin keçərli və qüvvədə olmayacağı bildirilib. Valideynlər hər il fərqli geyim almaqla artıq xərcə düşmək istəmədiklərini bildiriblər. Məktəb direktorlarının absurd təlimatına etiraz edən valideynlər bu məsələyə yuxarı qurum səviyyəsində aydınlıq gətirilməsini tələb ediblər.

Regionxeberlericom.az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi məktəbli formaları ilə bağlı müəyyən qüvvələrin və işbazların prosesi öz bildikləri kimi yönəltməyə cəhd göstərdiklərini vurğulayıb:

““Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün formanın təsviri” ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Hansı ki, bu qərar 2022-2023-cü il tədris ilində tətbiq olunur və hazırda bütün geyim formaları yalnız tədris ilinin sonunda tətbiq edilə bilər. Bundan sonra artıq yeni geyim formalarına üstünlük verilməlidir.

Yeni geyim formalarına üstünlük verildiyi üçün yenə də təhsilanların geyim təsvirləri ilə bağlı ümumi müddəalarda konkret rənglər və modellər təsdiqlənib. Sözügedən qərarda qeyd olunub ki, məktəb təklif olunan 4 rəngdən birini sifariş edə bilər. Bir məktəb yalnız bir rəng üzrə geyim-forma dəstini tətbiq edə bilər. Yəni müxtəlif geyim dəstlərini deyil. Rəngi müəyyənləşdirib təsdiq edən təhsil müəssisəsinin yenidən rəngi dəyişdirməyinin mənası yoxdur”.

Ekspert qeyd edib ki, faktiki olaraq Nazirlər Kabinetinin müvafiq qərarında qeyd olunan geyim formalarından hazırda məktəb istifadə edirsə, həmin formanın qüvvəsini saxlamalıdır:

“Ola bilər ki, qərarı əldə əsas tutub gedirlər ki, bu geyim təhsil müddətinin sonuna qədər keçərlidir. Hər il fərqli rəngdə geyimlərə üstünlük verilməsi valideynlərin maliyyə imkanlarını daha da zəiflətmiş olur. Valideyn ən azı nəzərdə tutur ki, həmin geyimi ən azı övladı 2-3 il geyinsin. Bu baxımdan məktəb direktorlarının valideynlərə hər il fərqli rəngdə geyimlə bağlı təlimatı düzgün yanaşma deyil”.

Ekspert onu da əlavə edib ki, 4440 sayda məktəbin hər birinin fərqli rəngdə məktəbli forması tətbiq etməsi də doğru deyil:

“Bu zaman ortaya elə də xoş mənzərə çıxmır. Bir məktəb göy, digəri boz, başqa birisi xaki rəng və s...Hər kəs vahid və standart geyim formasından istifadə etməklə məktəbli olduğunu bildirməlidir. Rənglərin müxtəlifliyi və ayrı-ayrı məktəblər arasında bölünməsi doğru deyil.

Konkret iki rəng üzrə geyim olmalı və istismar müddəti ən azı 3-4 il nəzərdə tutulmalıdır. Təbii ki, bu məsələdə şagirdin boy və ya çəki dəyişikliyi rol oynayır. Amma valideyn bütün bunları əlbəttə ki, nəzərə alır”.




Paylaş:


Müəllif : Tarix:
21-06-2023, 13:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər