reklam
Regionxeberlericom.az » Cəmiyyət » Elmar Məmmədyarov səfir olmaq istədi, ona “yox” cavabı verildi - İDDİA

reklam

Elmar Məmmədyarov səfir olmaq istədi, ona “yox” cavabı verildi - İDDİA












Sabiq Xarici işlər naziri Elmar Məmmədyarov yenidən hakimiyyət komandasında təmsil olunmaq istəyir. E. Məmmədyarovun bundan sonra da diplomatik müstəvidə fəaliyyət göstərmək niyyətində olduğu deyilir.

RegionXəbərləricom.az bildirir ki, yenisabah.az-ın əldə etdiyi məlumata görə, keçmiş nazir bu arzusunu reallaşdırmaq üçün hakimiyyətin yuxarı eşelonunda təmsil olunan bir neçə nəfərə minnətçi düşüb. 63 yaşlı diplomat Bakıda deyil, ölkəmizin hüdudlarından kənarda işləmək istədiyini bildirib.

Məlumatlı şəxs saytımıza açıqlamasında sabiq XİN başçısının ABŞ-da diplomatik işdə çalışmaq istədiyini deyib. Onun sözlərinə görə, E.Məmmədyarovun əvvəlcə Azərbaycanın ABŞ-dakı səfiri olmaq niyyətini açıqlayıb. Amma bu arzusunun reallaşmasının mümkün olmadığını anladığı üçün başqa bir posta iddialıdır. O, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi olmaq istəyir. Məmmədyarov 1992-ci ildən bu qurumda çalışan 68 yaşlı diplomat həmkarı Yaşar Əliyevi əvəzləməyə can atır.

Mənbə deyib ki, E.Məmmədyarov daimi nümayəndənin müavini, hətta Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində I Katib olmağa da razıdır. Başlıca məqsədi yenidən diplomatik statusunu bərpa etmək və ABŞ-da yaşayan övladlarının yanına köçməkdir.

2020-ci ilin iyulunda biabırçı şəkildə işdən çıxarılan sabiq nazirə yenidən etimad göstərilib-göstərilməyəcəyi isə sual altındadır.




Paylaş:


Müəllif : Tarix:
22-06-2023, 10:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər