Söyüdlüyə başqa şəxslərin girişi məhdudlaşdırıldı - Foto
Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi zamanı yaranan insidentdə iştirak edən 5 nəfər məhkəmə qarşısına çıxarılıb.
RegionXəbərləricom.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, etirazçılar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə hər biri barəsində inzibati qaydada 20 sutka həbs qərarı verilib.
Qeyd edək ki, Gədəbəyin Söyüdlü kəndinin sakinləri iyunun 20-də kənd ərazisində sianid gölünün salınmasına etiraz ediblər. Onlar qızıl mədəninin tullantıxanası olan sianid gölünün onların sağlamlığına və təsərrüfatına zərər vurduğunu deyir.
Onlardan bəzilərinin polis tərəfindən zorakılığa məruz qalmasını əks etdirən kadrlar yayılıb.
DİN məsələnin araşdırıldığını bildirir.
İyunun 21-də Söyüdlü sakinləri yenidən aksiya keçiriblər və bu dəfə rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov da hadisə yerinə gəlib.
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-06-2023, 11:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər