Aygün Kazımova dünya brendi ilə əməkdaşlığa başladı
Bir neçə gün əvvəl Xalq artisti Aygün Kazımova özünün “Ya i tı” mahnısını yeni aranjimanda oxuyacağı ilə bağlı sosial media kanallarında məlumat vermişdi. Xalq artisti paylaşdığı növbəti videoda mahnının hazırlanması ilə bağlı yeni təfərrüatları öz izləyiciləri ilə bölüşüb.
Paylaşılan videodan məlum olur ki, mahnının yeni formatda təqdim olunması Aygün Kazımovanın dünyaca məşhur “Magnum” dondurma brendi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Artıq bir müddətdir ki, Azərbaycan istehlakçıları üçün də əlçatan olan “Magnum” dondurmalarının “Starchaser” və “Sunlover” növləri bu mahnının yaranması üçün ilham mənbəyi olub. Yeni dadları ilə barəbər bir-birinə əks tərzləri də ifadə edən bu dondurmalardan ilhamlanan müğənni gecə ilə gündüzü, işığın parlaqlığı ilə qaranlığın gizli tərəflərini özündə birləşdirən mahnını ərsəyə gətirməyə hazırlaşır.
Bu mahnının yaranmasında superulduzun izləyiciləri də kənarda qalmayacaq. Belə ki, onlar sosial şəbəkə üzərindən keçirilən müsabiqədə iştirak etməklə həm mahnının yeni aranjimanına öz töhfələrini verə, həm də müsabiqənin qalibi olmaqla xoş sürpriz qazana bilərlər. Müsabiqənin qalibləri yaxın günlərdə “Magnum”un Aygün Kazımovanın iştirakı ilə baş tutacaq qapalı yay partisində iştirak edə biləcəklər. Yeni mahnının təqdimatı da məhz bu tədbirdə baş tutacaq. Müsabiqənin şərtləri ilə tanış olmaq üçün aşağıdakı linkdən səhifəni izləyə bilərsiniz.
Link: https://vt.tiktok.com/ZSLhwy5PA/
Paylaş:
Müəllif : Fuad
Tarix:23-06-2023, 11:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər