Priqojin geri addım atdı
"Vaqner" PMC-nin əsgərləri hərbi kolonlarının istiqamətini geri çevirir".
Bu barədə "Vaqner"in rəhbəri Yevgeni Priqojin teleqram kanalında yazıb.
O bildirib ki, bu addımı qan tökülməsin deyə atır:
"Tərəflərdən birində rus qanının töküləcəyinə görə bütün məsuliyyəti dərk edərək, plana uyğun olaraq, hərbi kolonlarının istiqamətini geri çevirib düşərgələrə yola düşürük".
Qeyd edək ki, “Vaqner” PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojin ötən gün Rusiya Müdafiə Nazirliyini artilleriya və hücum helikopterlərindən istifadə etməklə onun yarımhərbi birləşməsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib.
Priqojin sərəncamında 25 min döyüşçünün olduğunu bildirib və nizami ordu hərbçiləri də daxil olmaqla, bütün istəkli rusları onlara qoşulmağa çağırıb.
Federal Təhlükəsizlik Xidməti silahlı üsyan faktı ilə bağlı cinayət işi açıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-06-2023, 21:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər