reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiyada antiterror əməliyyatı rejimi ləğv edildi

reklam

Rusiyada antiterror əməliyyatı rejimi ləğv edildi
















Rusiyanın Moskva və Voronej vilayətlərində, eləcə də paytaxt Moskvada antiterror əməliyyatı rejimi ləğv edilib.

Bu barədə məlumatı ölkənin Federal Təhlükəsizlik Xidməti yayıb. 

Məlumata görə, qüvvədə olan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb. 

Xatırladaq ki, Moskva və Voronej vilayətlərində, eləcə də Moskva şəhərində antiterror əməliyyatı rejimi iyunun 24-ü elan olunub. Bu vilayətlərdə sözügedən rejim ilk dəfə olaraq tətbiq edilib. Buna səbəb isə iyunun 23-də “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham etməsi və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirməsi olub. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. İyunun 24-ü isə “Vaqner” öz qüvvələrini geri çəkib.




Paylaş:


Müəllif : Tarix:
26-06-2023, 10:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər