reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Sülhməramlılar 5 il tamam olanda onsuz da ərazilərimizi tərk edəcəklər”

reklam

“Sülhməramlılar 5 il tamam olanda onsuz da ərazilərimizi tərk edəcəklər”
















“Azərbaycanla Ermənistan arasında sülh danışıqları başlayanda qarşı tərəfin təxribatlar törətməsi adi hala çevrilib. Bu, onu göstərir ki, Ermənistan sülhə qarşıdır. ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda XİN rəhbərlərinin görüşü başlayan kimi Qarabağdakı qanunsuz erməni silahlıları tərəfindən təxribat törədilir. Bu təxribatların məqsədi sülh danışıqlarına kölgə salmaq və nəticəsiz etməkdir. Təəssüf ki, dünən erməni təxribatı nəticəsində bir əsgərimiz yaralandı. Amma ordumuzun cavabı gecikmədi, erməni qanunsuz hərbi birləşməsinin 5 üzvü məhv edildi. Qarabağdakı ermənilər yenidən təxribata cəhd edərsə, cavabımız daha amansız olacaq. Belə ki, ermənilər yenidən təxribat törətsə, onların bütün infrastrukturu darmadağın ediləcək və qanunsuz hərbi birləşmələrin silahsızlaşdırılması prosesinə başlana bilər”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Azər Badamov söyləyib.

“2022-ci ildə keçirilən Fərrux və Sarıbaba əməliyyatları ermənilərin qanunsuz hərbi birləşmələrinin törətdiyi təxribatlara cavab məqsədi daşıyırdı və nəticədə çoxlu düşmən silahlısı məhv edilərək böyük ərazilər nəzarətə götürüldü. Yenə də belə bir əməliyyata ehtiyac var. Hesab edirəm ki, qanunsuz erməni hərbi birləşmələrinin növbəti təxribatı yuxarıda qeyd etdiyim Fərrux və Sarıbaba əməliyyatları kimi geniş xarakter almalı və daha çox ərazilərdə təmizlənmə işləri aparılmaqla nəticələnməlidir. Qanunsuz erməni hərbi birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında təxribatlara əl atması da sual doğurur. Necə olur ki, bütün istiqamətlərdə postlar quraraq nəzarəti həyata keçirən sülhməramlıların gözü önündə ermənilər təxribat törədirlər? Bu sualın bir cavabı var. Qanunsuz hərbi birləşmələrə təxribatların törədilməsinə sülhməramlılar şərait yaradırlar. Yaxud da onların sifarişləri ilə bu təxribatlar törədilir. Çünki Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin təminatını sülhməramlılar həyata keçirirlər və onların icazəsi olmadan bir addım belə ata bilməzlər. Sülhməramlıların fəaliyyətinə yenidən baxılması gündəmə gəlməlidir. Çünki onların bir nömrəli vəzifəsi Qarabağda təxribatların törədilməsinə yol verməməkdir. Əgər onlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlərsə, Qarabağı tərk etməlidirlər. Təbii ki, sülhməramlılar 5 il tamam olanda onsuz da ərazilərimizi tərk edəcəklər",- deyə A. Badamov bildirib.

O əlavə edib ki, Qarabağda təhlükəsizliyin təmin olunması yalnız Azərbaycan Ordusunun nəzarəti altında baş verəcək. Təbii ki, ilk növbədə, separatçılar silahsızlaşdırılacaq, sonra da Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası prosesi sürətlə baş verəcək. Onlar Azərbaycan vətəndaşlığı alandan sonra tam təhlükəsiz şəraitdə öz həyatlarını davam etdirə biləcəklər. Bununla belə Azərbaycan bu gün Laçın yolu vasitəsilə Qarabağdakı ermənilərin təminatı məsələlərinin həll olunmasına imkan yaradır. Amma Ermənistan Laçın yolunun blokadada olması ilə bağlı dünyaya car çəkir və Qərb siyasətçilərini pulla ələ alaraq Azərbaycana qarşı qərəzli qərarlar qəbul etdirməyə çalışırlar. Avropa Parlamentinin bir qrup korrupsioner deputatı erməni lobbisindən aldığı vəsaitlər müqabilində Laçın yolunun blokadada olması ilə bağlı Azərbaycana qarşı qərəzli qətnamə qəbul olunmasına nail olub. Hətta ermənilər özləri də etiraf edirlər ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan sakinlər arasında aclıq müşahidə olunmur. Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Torosyan Qarabağda "aclıq və blokada" olduğunu bildirən jurnalistə cavabında "Orada aclıq yoxdur, şişirtmək lazım deyil" deyərək cavabı vermişdi. Amma Avropa Parlamenti Laçın yolunda blokada olduğunu və oradakı ermənilərin aclıqdan əziyyət çəkdiklərini bildirir. Erməni deputatı isə avropalı korrupsioner siyasətçiləri ifşa edərək, onların dediklərinin əksini bildirərək reallığı söyləyir. Təbii ki, onların qərəzli qətnamələri bizim üçün əhəmiyyətsiz kağız parçasıdır. Amma Qərbin belə ədalətsiz yanaşması regiona sülh gəlməsinə maneədir.

“Bu gün Qarabağdakı separatçıların Azərbaycana inteqrasiyasına mane olan sülhməramlılardır. Hesab edirəm ki, sülhməramlılar ərazilərimizi tərk edərsə, yarımçıq qalmış məsələlər də dərhal öz həllini tapmış olar”, - deyə o əlavə edib.




Paylaş:


Müəllif : Tarix:
28-06-2023, 23:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər